SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə6/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   2   3   4   5   6   7   8   9   ...   200
Dinlərlə tanışlıq

1. CƏHALƏT NƏZƏRİYYƏSİ: 
Bu fikri irəli sürənlər sübut etmək istəyirlər ki, daim arayıb-axtaran insan ruhu 
hadisələrin səbəbini axtarıb - həmən hadisənin səbəbini tapmaqda aciz qaldıqda, 
onlar üçün qeyri-adi səbəblər təsəvvür etməyə başlamışdır. Misal üçün, ildırımın nə 
olduğunu bilmədiyi üçün onu allahların qəzəbi kimi başa düşmüşdür, yaxud 
ağcaqanad vasitəsi ilə yayılan malariya xəstəliyinin səbəbindən xəbərsiz olduğu 
üçün, belə bir e'tiqada malik idi ki, hər kim gölməçənin yanında yatsa - orada yaşayan 
cinlər onun başına yığışaraq xəstəliyə duçar edəcək. Məşhur tarixçi Vil Dorant bu 
barədə deyir: “ - Təsadüfən yaranan, yaxud insanın, səbəblərini aşkar edə 
bilmədiyi hadisələrdən doğan təəccüb hissi dini e'tiqadların meydana gəlməsinə 
səbəb olan amillərdəndir.” 
Samuel Kinq isə deyir: “ - Elmi inkişaflar sayəsində təbii sirlərin bir çoxunun 
aydınlaşmasına baxmayaraq, bu amillərdən bə'ziləri elmi izahlar çərçivəsindən 
xaricdə qalmışdır; bu amillərin dərk olunma və onlarla uyğunlaşmaq zərurəti dinin 
yaranmasına səbəb olmuşdur.”


Bu nəzəriyyənin cavabında qeyd etmək lazımdır ki, Devid Hiyum, Aqost Kent və 
Eynşteyn kimi qərb alimləri tərəfindən irəli sürülən bu fərziyyənin bir neçə əsaslı 
iradı vardır: 
1. Bu nəzəriyyə, səbəbləri mə'lum olmayan qeyri-təbii və təsadüfi hadisələr 
əsasındadır. Halbuki qədim zamanlardan indiyə qədər ilahiyyatçı filosofların 
əsaslanaraq istinad etdikləri sübutların ən mühümü “nəzm bürhanıdır”. Din alimləri 
həmişə insanları kainatda mövcud olan nəzm və harmoniya dəlili, eləcə də varlıq 
aləminə hakim kəsilən dəqiq və heyrətamiz səbəb-nəticə qanunu əsasında təbiətin 
fövqündə dayanan həqiqətlərə və Allaha doğru hidayət etmişlər. 
Bu nəzəriyyənin başqa bir nöqsanı budur ki, burada maddi səbəblərlə Allah 
arasında bir növ qarşıdurma irəli sürülmüşdür; bu fikrə əsasən hər bir varlığın maddi 
və vahid bir səbəbi vardır ki, kəşf edildikdə və ya mə'lum olduqda, artıq o hadisə 
Allaha aid edilməyəcəkdir. Guya insan, yalnız hər hansı bir şeyin maddi səbəbini 
tapa bilməsə, onu Allaha və təbiətin fövqündə dayanan metafizik səbəblərə aid edir. 
Halbuki məsələ belə deyildir; dindar bir insan heç vaxt maddi işlərin axarında olan 
təbii qanunauyğunluqları və hadisələrin yaranma səbəbini inkar etməmişdir. Dini 
nöqteyi-nəzərdən Allah-Təala varlıq aləmində olan bütün səbəblərin əsl 
səbəbkarıdır. Deməli, varlıqların və hadisələrin maddi səbəbləri ilə, onların 
yaradılışının əsil səbəbi - yə'ni Allah - arasında heç bir qarşıdurma mövcud deyildir. 
3. Bu nəzəriyyədə bir sıra xurafatçı və əsassız e'tiqadlara istinad olunmuşdur ki, 
adətən savadsız insanlar onlara e'tiqad bəsləyirlər; ilahi dinlərin baniləri və alimlər 
arasında dini inancların yaranması barədə qeyd olunan həmin e'tiqadlara rast gəlmək 
olmaz. 
4. Dini əqidələrin yaranmasını bəşəriyyətin cəhalət və mə'lumatsızlığı ilə 
əlaqələndirən alimlərin müqabilində alimlərin böyük bir dəstəsinin əqidəsi belədir 
ki, onların elmi tədqiqatları artdıqca, varlıq aləmində son dərəcə ali bir səbəbin 
varlığına qarşı olan iman və e'tiqadı da artmışdır. Misal üçün, Funtetel, Burlishaman, 
Montnel, Herşel, Ədvinfəst, Kepler, Çestrreks, Buhler, Vinçester və s. alimlər bu 
qəbildəndir. Məşhur bioloq Vinçester bu barədə deyir: “ - Elm insanın bəsirətini və 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin