SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə65/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   61   62   63   64   65   66   67   68   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Budda hamıya qarşı sevgi və məhəbbət bəsləmək barədə nəyi tövsiyə edir? 
Buddizm nöqteyi-nəzərindən qurtuluş yolundakı maneələri izah edin. 
Buddizmdə qurtuluşa nail olmağın səkkiz əsas prinsipini izah edin. 
POLEMİKA VƏ ARAŞDIRMA: 
İslam əxlaqına diqqət yetirmək və müəllimin köməyi ilə, buddizmin me'yarları 
doğrudan da onun iddia etdiyi kimi mö'tədil olub-olmadığını müəyyənləşdirin. 


96 
ON ALTINCI DƏRS 
BUDDİZM (4) 
AYİN VƏ MƏRASİMLƏR 
Keçən dərslərdə öyrəndik ki, buddizmin Allah və mə'budlarla əlaqədar aydın, 
konkret bir ideoloji mövqeyi olmamış və bu barədə öz ardıcıllarına xüsusi bir 
göstəriş verməmişdir. Eləcə də qeyd olundu ki, buddizm brahmanizm sinfi 
quruluşuna və brahmanların xüsusi mövqeyinə qarşı mənfi mövqe tutmaqla onların 
digər e'tiqadlarına qarşı çıxmış, hətta brahman mə'budlarına e'tiqadı, onların 
qarşısında pərəstiş və sitayişindən uzaqlaşmışdır. 
Buddanın ardıcılları bunları tə'lim edirdilər. İlk növbədə hər bir fərd nicat və 
qurtuluş üçün yalnız özünə arxalanmalıdır və başqalarından, hətta mə'budlardan heç 
bir kömək olmayacaq. İkincisi, nicat və qurtuluşa nail olmağın yeganə yolu zahidlik, 
təfəkkür və müraqibədir. Üçüncüsü, bə'zi əməllərin yerinə yetirilməsi, o cümlədən 
canlıları öldürülməsi qadağandır. Buna əsasən buddistlər brahmanların qurban 
kəsmək, mə'budlardan hacət diləmək və s. kimi ən mühüm ibadət ayinlərindən 
uzaqlaşmışlar. 
Budda ayinində ibadət və sitayiş ilk növbədə “üç pənah” adlanan sadə və birbaşa 
təsdiq əsasında qurulmuşdur. Hər bir buddist ayırdığı müəyyən vaxtlarda diqqətini 
cəmləşdirərək bu üç cümləni təkrar edir: “ - Mən Buddaya pənah gətirirəm! Mən 
haqq şəriətə pənah gətirirəm! Mən sangəhə (Budda mə'bədinə) pənah gətirirəm!” 
Əlbəttə, Buddanın öz e'tiqadına görə Buddaya pənah aparmaq bu ayinə e'tiqadı olub 
həmin sözləri təkrar edən hər şəxsə nicat veriləcəyi demək deyil. Pənah aparmaq 
dedikdə məqsəd, Buddanın tə'limlərinə tam və kamil diqqət yetirməkdir. Çünki 
Buddanın yekun məqsədi də şagird və ardıcıllarının səadət və qurtuluşa nail olmaq 
üçün sə'y göstərib düşünməsi, meditasiya ilə məşğul olmaları olmuşdur. Belə bir 
şəraitdə, adi buddistlərin çətinlik və problemlərdən xilas olmaq üçün Buddanın 
özünə arxalanıb e'timad etməyin gərəkliyi barədə düşüncələrə sahib olmaları 
mümkün olurdu. Tarixi tədqiqatlar da Buddanın öz ardıcılları arasında xüsusi 
mövqe, şəxsiyyət və məqam sahibi olduğunu, mürid və ardıcıllarının rəğbətinin onu 
ilahiləşdirib sitayiş etmək dərəcəsinə çatdığını göstərir. Hətta belə bir e'tiqad da 
yaranmışdı ki, brahman mə'budları Buddanın mərhəmət və lütfünə çatmaq üçün yerə 
nazil olmuşlar. 
Buddizmin müqəddəs kitablarından nəql olunan aşağıdakı cümlələr və ifadələr 
deyilənləri aydın şəkildə açıqlayır: “ - Düşüncəli və kamil nurani şəxs olan Buddada 
heç bir sapma yox idi.”, “ - O misilsiz bir insan, xoşxasiyyət və mehriban bir varlıq 
idi; elə yüksək amalları, bu dərəcədə böyük səyləri var idi ki, “ - Dünya padşahlarının 
padşahı və qalib bir fateh idi.”, “ - Allah İndraya oxşar və 


97 
insanların ən fəzilətlisi idi”, “ - Səmavi varlıqlar Brahmanın (brahmanların mə'budu) 
başçılığı ilə şəhərə gedib ona sitayiş etmişlər ki, bəlkə onun (Buddanın) lütfünə nail 
olsunlar”, “ - Həm mə'budlar, həm də insanlar ona zaman hüdudlarından aşan yeganə 
əzəmətli şəxs kimi sitayiş edirlər”, “ -Dünyada bütün mə'budları ilə bir yerdə sənə 
bərabər heç bir kimsə yoxdur”. 
Buddanın şagirdləri onu sadə ardıcıllarına beləcə təqdim etdikcə Buddanın özü 
tədricən Allahın alternativinə çevrildi. Bu gün bütün mə'bədlərdə, hətta buddistlərin 
evlərində qoyulan büt və heykəllər, eləcə də bu ayinə e'tiqad bəsləyən hər bir şəxsin 
öz dini mərasimini Buddanın heykəllərinin qarşısında yerinə yetirməsi, əslində ona 
pənah aparıb ondan hacət diləməsi bu e'tiqadın bariz nümunəsidir. 
Buddistlərin dini mərasimləri buddist rahiblərin hər gün səhər və axşam “Puca” 
adlanan dua mərasimini yerinə yetirmək üçün mə'bədlərdə bir yerə toplaşaraq və “üç 
pənah” zikrini təkrarlamaqla həyata keçirilir. Daha sonra dini nəğmələr oxunur, 
mə'bəd şamla işıqlandırılır, havanı təmizləmək və ətirləndirmək üçün buxurlardan 
istifadə edilir. Onlar hər ayda iki dəfə - ayın çıxdığı ilk gündə və ayın ortasında (14-
cü gecə) oruc tuturlar. Camaat bu iki gündə rahiblərin moizələrini, dua və zikrlərini 
dinləmək üçün mə'bədlərə gəlirlər. Bu mərasimdə bə'zi dini nəğmələr oxunur, 
rahiblər Budda ayini və hökmləri barəsində camaata moizə edib yol göstərirlər. 
Mərasim qurtardıqdan sonra kişilər gecəni mə'bəddə keçirə bilərlər, amma qadınlar 
öz evlərinə qayıtmalıdırlar. Mühüm mərasimlərdən biri hesab olunan “Puca” xüsusi 
münasibətlərdə qeyd olunur. “Vesak” mərasimi ayın 14-cü günü keçirilir. Buddanın 
doğum, nirvanaya qovuşmasının, eləcə də vəfatının ildönümü olan bu gün camaat 
bayram edir, monastırların və mə'bədlərin ətrafı işıqlandırılır, hər yerdə canlanma 
müşahidə olunur, Buddanın həyatı və onun ayini ilə əlaqədar xüsusi tədbirlər 
keçirilir. 
Budda rahibləri arasında geniş yayılmış başqa bir mərasim rahiblərin istirahət və 
guşənişinlik dövrü olan yağışlar mövsümündə keçirilir. Həmin mərasim ilk yağışın 
yağması ilə başlanır. Bu ə'ənələrinin digər bir hissəsini təşkil edən gündəlik ibadətlər 
çoxsaylı buddistlərin iştirakı ilə mə'bədlərdə keçirilir. Bu ibadətlər Buddanın 
heykəllərinə tə'zim, çələng qoyma və mə'bədin ətirlənməsindən ibarətdir. 
Buddistlərin digər bir ayini də ruhlara pərəstiş etməkdir. Bu məqsədlə inşa edilmiş 
“ruhlar adı” ilə məşhur olan kiçik ibadətgahlarda ruhlara tə'zim edilir. Onların 
inancına görə bu ruhlar yerin, təbiətin, yaxud ata-babaların ruhlarıdır. Ancaq, ruhun 
nirvanaya qovuşduqdan sonra tam fənalıq mərhələsinə çataraq istənilən mövcudluq 
formasını itirməsinə inanılan buddizmdə ruhların necə hörmət, tə'zim və sitayişə 
layiq görüldüyü o qədər də aydın deyildir. 
Bütün bunlarla yanaşı buddist adət-ən'ənələrinin ümumi təhlilindən belə nəticə 
çıxır ki, bu ayin sitayiş, ibadət insandan daha yüksəkdə olan əbədi və əzəli bir 
həqiqətlə mə'nəvi əlaqədəki boşluqları doldura bilməmişdir. Buna görə də, bu


98 
ayinin ardıcılları bu boşluğu doldurmaq üçün ətraflarında gördükləri və mə'lumatları 
olduğu digər din və ayinlərdən bəhrələnməyə, öz emosional ehtiyaclarını tə'min 
etməyə çalışmışlar. Buna görə də buddizm hazırkı formaya düşmüşdür. Mə'budlara 
e'tiqad brahman ayinindən götürüldüyü kimi, ruhlara ehtiram da güman ki, 
animizmdən və bəlkə də brahmanizmdən əxz olunmuşdur. 
Buddizmdə ən həssas və ən mühüm mə'nəvi əməl buddizmin səkkiz yönlü yolunun 
yeddi və səkkizinci mərhələsini təşkil edən düşüncə və meditasiyadır. Budda 
mə'bədləri əsas e'tibarı ilə həmin məqsədləri həyata keçirmək üçün tikilmişlər. Bu 
mə'bədlərdə nəzərdə tutulan xəlvət və sakit məkanlar rahiblər üçün həyatın bütün 
iztirab və səs-küylərindən uzaq olmaqla şəxsi həyatları, həyatın əzab-əziyyətləri
ondan xilas olma yolları barədə düşünərək qurtuluşa (nirvanaya) nail olmaq üçün, 
asketizm və meditasiya ilə məşğul olmaları üçün təhlükəsiz bir yerdir. Bu baxımdan 
Budda “Sangəh” mə'bədləri inzibati idarə quruluşuna malik olmaqla onlarda çox 
ciddi və ağır qanunlar hakimdir. Bu mə'bədlərə daxil olub sangəhə üzv olmaq istəyən 
hər şəxs aşağıdakı suallara cavab verməlidir: “ - Səndə cüzam, qotur, çiban, xora, 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin