99
əzab-əziyyətə düçar olacaq, qurtuluş mənzilindən uzaqlaşacaqlar. Bu qanunlar
aşağıdakılara şamil olunur:
Münasib paltarlar geymək, bədənin müvazinətini saxlamaq, baxışlarını aşağı
dikmək, ucadan gülməmək, səs-küy salmamaq, əli-ayağı yellətməmək və s.
Sarı rəngli əba geymək, başın və üzün tüklərini qırxmaq, dilənçi kasası gəzdirmək
də sangəhdəki adətlərdəndir. Rahiblər hər gün axşam günəş batanda öz dilənçi
kasalarını əllərinə alıb buddistlərin evlərinə gedir, düyü və digər qida məhsulları
alırlar. Qayıtdıqdan sonra bunları bir yerə toplayır və onlardan bir öynəlik günorta
xörəyi hazırlayırlar. Adətən gün ərzində həmin bir öynəlik yeməklə kifayətlənirlər.
Günortadan qeyri vaxtlarda Budda rahiblərinin birdən artıq dilənçi kasası, alt paltarı,
dərviş əbası, iynə-sap və bir üzqırxan ülgücdən əlavə əşyalara malik olmağa haqları
yoxdur. Hətta dini kitablar və qeydlər də onların şəxsi mülkiyyəti sayılmır və
sangəhin ümumi malı hesab olunur.
Burada Budda rahiblərinin monastırı, mə'bəd və ondan xaricdə riayət etməli
olduqları bə'zi adət, norma və qayda-qanunlarla tanış olduq. Qeyd etmək lazımdır
ki, bütün bu qayda-qanunlara riayət etmək nirvanaya qovuşmağa zəmanət üçündür.
Təbiidir ki, bu qədər ağır və üzücü qayda-qanunlar buddistlərin hamısı üçün nəzərdə
tutulmamışdır və bu ayinin adi ardıcıllarının daha yüngül vəzifələri vardır. Bu
vəzifələrdən bə'ziləri aşağıdakılardan ibarətdir:
Ruhani aparatına hədiyyələr vermək - gəzib dolaşan rahiblərin kasasına bir neçə
düyü dənəsi tökməkdən tutmuş rahibə paltar tikilişi üçün bir parça və ya paltarın
özünü verməyə qədər, mə'bəd və monastır tikmək, tə'yin olunmuş vaxtlarda dua
mərasimlərində iştirak etmək və s. vəzifələr.
Diqqətəlayiq məqam bundan ibarətdir ki, buddizmin sıravi ardıcılları bu kimi
vəzifələri yerinə yetirmələrinə baxmayaraq, nicat və qurtuluşa və ya nirvanaya nail
olmurlar. Onlar yalnız özlərini daha layiqli bir məqama, mərhələyə yüksəldə bilər və
yeni həyatda, yenidən doğulmalarda mə'nəviyyat və qurtuluşa olan şövq baxımdan
daha yüksək və ali bir mövqeyə çata bilərlər. Belə olan halda rahiblər cərgəsinə
qoşulmaq və qurtuluş yolunu qət etməyə daha artıq hazır ola bilərlər.
Dostları ilə paylaş: