SeyiD ƏHMƏd mahmudi /j


dünyagörüşünü artırır, şəxs öz Allahını daha yaxşı tanıyır, Onun əzəmət və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə7/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   2   3   4   5   6   7   8   9   10   ...   200
Dinlərlə tanışlıq

dünyagörüşünü artırır, şəxs öz Allahını daha yaxşı tanıyır, Onun əzəmət və 
qüdrətini daha yaxşı dərk edir. Elm aləmində baş verən hər bir yeni kəşf imanın 
dərəcəsini yüz dəfələrlə artırır; bizim inanclarımızın batinində yerləşən son 
vəsvəsələrin və şirkin səbəblərini aradan qaldırır, onun yerini yüksək ilahiyyat və 
tovhid fikirləri əvəz edir.” 
2. QORXU NƏZƏRİYYƏSİ: 
İnsanlar ilk dövrlərdən başlayaraq, həmişə həyatlarını təhdid edən, qorxu və iztirab 
yaradan bir çox amillərlə qarşılaşmışlar. Sel, zəlzələ, tufan, vulkan, ildırım, şimşək 
və bu kimi digər təhlükələr daimi olaraq insana qorxu və nigarançılıq gətirmişdir. 
Buna görə də o, özünə bu kimi təhlükə və bəlalardan nicat verə 
17


18 
biləcək bir sığınacaq axtarmışdır. Alimlərdən bir qrupu bu fərziyyəyə əsaslanaraq 
belə təsəvvür etmişlər ki, ibtidai insanlar yırtıcı heyvanların təhlükəsindən qorunmaq 
üçün mağaralara sığındıqları kimi zəlzələ, sel və bu kimi digər təbii fəlakətlərdən 
xilas olmaq üçün də təbiətin fövqündə dayanan yenilməz və qüdrətli bir qüvvə 
axtarmağa başlamışlar. Dinə inanan şəxslərin e'tiqadına görə təbiətin fövqündə olan 
bir qüvvəyə malik Allah, yaxud sair mə'budlar insanların məhz kömək və sığınacaq 
məqsədilə üz tutaraq sitayiş etdikləri inanc mənbələridir; mə'lum olur ki, din və 
Allaha etiqad insanın bir çox təbii hadisələr qarşısındakı acizliyi və dəhşətli 
hadisələrdən yaranan qorxusunun nəticəsidir. 
Vil Dorant bu barədə deyir: “Romalı filosof Lukeryetus demişdir: “ - Bizim ilk 
qorxumuz allahlardandır; qorxunun növləri arasında ölümdən yaranan qorxu 
daha çox tə'sirə malikdir. İbtidai insanların həyatı hər addımda təhlükə ilə 
qarşılaşırdı və çox az hallarda bir şəxs təbii ölümlə dünyadan köçürdü... Məhz 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin