109
Dimnə” hekayətləri) kitabında həyat və hakimiyyət uğrunda mübarizə meydanında
düşmənlərə və rəqiblərə qələbəyə dair hekayələrdə
zarafatla deyilmiş ciddi
göstərişlər vardır. Buna əsasən də, hinduizm ayinində tə'yin olunmuş qayda-qanun
və şərtlərə əməl ediləcəyi, onlardan boyun qaçırılmayacağı təqdirdə şan-şöhrət və
məqam üçün çalışmağın həyat amalına çevrilməsinə icazə verilir. Hərçənd, onun da
sonrakı həyatlarda, yaxud hazırkı həyatında öz səhvini
anlayaraq nicat yolunun
bundan ibarət olmadığını başa düşəcəyi gün gəlib çatacaqdır. Göründüyü kimi,
hinduizm ayinində yuxarıdakı iki məqsədə icazə verilməsi sonrakı doğulma və
həyatlara e'timaddan, təmənnadan irəli gəlir.
Bildiyimiz kimi, hinduizm dinində
yenidən doğulmalara, yeni həyat və tənasüxə e'tiqad bəsləndiyinə görə insanın
dünyadakı həyatının hər bir raundu sonrakı həyatlar üçün təcrübə meydanı ola bilər.
Bu baxımdan hinduslarda
belə bir ümid var ki, özlərinin ilkin həyatlarında həyat
yolunu səhv getmiş olsalar, öz səhvlərini anlaya və sonrakı həyatlarda həmin işlərin
təkrarından çəkinə bilərlər. Kama və artanın hər ikisinə e'tiqad bəslənməsi səhv və
azdırıcı bir məqsəd olmasına baxmayaraq, burada hər iki məqsədin ardıcıllarının öz
yollarının səhv və xəta olmasını anlayaraq sonrakı yeni həyatlarında düzgün yolu -
qurtuluşu seçə bilmələrinə imkan var. Bu baxımdan hinduizmdə belə səhvlərə düçar
olmaq yolları açıq
qoyulmuş, hətta bu yolu gedənlərin özlərini daha arxayınlıqla
hindus hesab etmələri və xəcalət hissi keçirmələri üçün müəyyən qanun və tə'limatlar
da işlənmişdir.
Dostları ilə paylaş: