111
I.
Tələb və təhsil; Bu mərhələdə hindus müəllimin yanında lazım olan tə'limləri
alır.
II. Ailə qurmaq mərhələsi; Bu mərhələdə hindus öz müəlliminin yanında təhsil
aldıqdan sonra elminin varisi olan oğul sahibi olmaq üçün ailə qurur.
III.
Təcridolunma mərhələsi; Bu mərhələdə tə'lim görmüş şəxs rahiblik və
guşənişinlik dövrünü keçir.
IV. Müqəddəslik, yaxud arhat (kamil insan). Bu mərhələdə hindus son məqsədə
nail olur.
Göründüyü kimi, bu yolda da yalnız elmi və əqli metodlarla kifayətlənməmiş,
rahiblik metodu da nəzərdə tutulmuşdır.
3. İxlas yolu: Bəqti-marqə adlanan və əvvəlki iki yoldan sonra ixtira olunan bu
yolda hindus xüsusi bir mə'buda sadiq iman və xalis məhəbbətlə özünü yaxşı
padşahlığı qazanmaq üçün hazırlayır. Bu yol tədricən mə'buda qarşı yandırıb
qovuran eşq formasını alır və hindus şəxs öz varlığını sevimli mə'buduna fəda edir.
Bu halda o, hər bir yerdə və hər bir halda mə'buda sitayiş
və onunla razi-niyaz
etməklə məşğul olur.
Bu yol tərəfdarlarının fikrinə görə, əvvəlki iki yolun yolçuları əsas e'tibarı ilə xəta
edənlər hesab olunurlar, çünki onlar seyri-süluka şəxsi mənfəət gözü ilə baxırlar.
Halbuki, nicat və qurtuluşa nail olmaq üçün insan öz vücudunu büsbütün
saflaşdırılmalıdır. O, özünü mə'budlardan birinə həsr etməlidir ki, onun lütfü yolçuya
da şamil
olsun və onu səadətə, qurtuluşa yönəltsin.
“Bəqti-marqə” metodu ən mühüm, ən böyük və ən məşhur kitab olan Bhaqavad-
gita kitabında irəli sürülmüşdür. Krişna nəğmələri adı ilə məşhur olan bu kitab hal-
hazırda hinduizmin ən mühüm və əsas kitablarından biri hesab olunur.
Dostları ilə paylaş: