SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə78/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   74   75   76   77   78   79   80   81   ...   200
Dinlərlə tanışlıq

4. Yoqa məktəbi: Bu məktəb fəlsəfi və nəzəri məktəb olmaqdan öncə, müəyyən 
mə'nada irfani ayin və seyri-süluk hesab olunur. Bu məktəbin əqidəsinə görə, nicat 
və qurtuluşa nail olmaq üçün nəfsani, zehni və əqli məsələlər silinməlidir. Onlar bu 
mövzunu belə izah edirlər ki, xüsusiyyəti aydınlıq olan zehn cövhəri qaranlıq və 
hərəkət cövhərləri ilə qarışdıqda bütün əşyaları ihtiva edərək, onlara hakim kəsilir. 
Daha sonra isə onlara qarşı bağlılıq hiss edir. Qaranlıq cövhəri zehnə üstün gələrsə, 
insan fəzilətsizlik və mə'rifətsizlik uçrumuna, eləcə də maddi asılılıqlar zülmətinə 
yuvarlanır. Hərəkət cövhəri zehnə qələbə çaldıqda isə insanda fəzilət, mə'rifət və 
hürriyyət sifətləri formalaşır. Əgər zehn hərəkət cövhərinin çirkinliyindən də azad 
olarsa, öz zatında qərar tapır və daha sonra isə ruhla maddə arasında olan fərqləri, 
ayrılıqları dərk edir. 
Bütün bunlara görə də, yoqa məktəbinin əsaslarının sankiya məktəbi ilə eyni 
olduğunu görürük. Çünki onların hər ikisi ruhla maddə arasında olan ayrılıq 
anlayışına yiyələnməyi nicat və qurtuluşa çatmağın yeganə yolu hesab edirlər. 
Əlbəttə, hər iki məktəbin tutduğu yol bir-birindən fərqlənir. Yoqa məktəbinə görə, 
insan cəmiyyətlə başı qarışdıqda və yemək, içmək və s. kimi gündəlik məşğul 
olduqda onda bağlılıq, asılılıq yaranır və bu da ruhla maddənin həqiqəti arasında fərqi 
ayırd edə bilməməklə nəticələnir. Buna görə də ruhun həqiqi mə'rifətin bu 
mərhələsinə çatması üçün bütün adət və istəklərin əksinə hərəkət etmək lazımdır. Bu 
məqsədlə yoqa məktəbi cəmiyyətdən uzaqlaşmağı, ləzzətləri tərk etməyi, nəfsə 
nəzarət etməyi, hətta uzun bir müddətdə sakit qalmağı və nəhayət adətləri tərk 
etməyi, nəfsin həyatda xüsusi bir praktikaya, üsluba aludə olmasından çəkinməyi öz 
şüarına çevirmişdir. 


115 
Ümumiyyətlə yoqanın çətin və ağır asketik təmrinlər ayini olduğu təəsüratı yaranır. 
Xüsusi hərəkətlər vasitəsilə nəfsdə hiss və idrak öldürülür, cism ruha tabe etdirilir. 
Belə ki, tədricən hər bir hissdən məhrum olur. Yalnız belə olan halda ruh bütün 
maddi, xəyali və zehni eybəcərliklərdən təmizlənir, batinin saflaşdırılması ilə mütləq 
fənaya nail olur və beləliklə də səadətə qovuşur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin