5. Purva-mimansa məktəbi: Bu məktəb öz banisinin adı ilə adlandırılmışdır.
Əslində veda nəğmələrinin şərh və tədqiqi üçün yaradılmışdır. Mimansa vedaların
əbədi olmasına inanırdı. Bu e'tiqad söz və səslərin əbədi olması əsasında yaranmışdır.
Hinduslar inanırdılar ki, səs hər bir yerdə və hər bir zamanda potensial olaraq
mövcuddur və heç vaxt itmir. Buna görə də söz danışılan zaman səs yaradılmır,
əksinə potensial haldan reallığa keçir. Sözlə mə'na arasında əzəldən sirli bir əlaqə
olmuşdur və bu əbədiyyətə qədər davam edəcəkdir. Sözlərlə mə'nalar arasında olan
əlaqədə insan tərəfindən tə'yin olunan qərarlar hakim deyildir. Onlar arasında həqiqi
və fiziki bir əlaqə vardır. Bu baxımdan hindusların vəhy qismində qəbul etdikləri
vedalar əbədi və həmişəlik bir kəlamdır.
Bu məktəb də vaysesiko məktəbi kimi ruhların çoxluğunu və karma qanununu
qəbul edir. Yuxarıdakı prinsipə diqqət yetirməklə hər kimsənin vedanın ibadət
ayinlərinə və vəzifələrinə əməl edərsə, onun nəğmələrini oxuyarsa, bu vəzifələrin
yerinə yetirilməsi sayəsində həmin şəxsdə savaba, mükafata səbəb olan lətif
qüvvənin yaranacağına onda mükafat, cəza, yaxşı əməllərin mükafatı da vedanın
zatında gizlənmiş qanunlar əsasında formalaşacağına inanırlar. Buna əsasən də,
həmin məktəbdə şər'i vəzifə və mükəlləfiyyətin yerinə yetirilməsi nicata, qurtuluşa
çatmağın rəhni sayılır. Mimansa bu barədə belə deyir: “ - Şər'i vəzifə veda göstərişlərinə əsaslanan və insanı doğru yola yönəldəndir.” 6. Vedanta məktəbi: Vedanta məktəbi vedaların son şərhi əsasında
formalaşmışdır. Vedanta adı ilə məşhur olan bu təfsirlər upanişadların fəlsəfi əsasları
sayılır. Bu məktəbdə xarici aləmin, duyulanların olduqlarına, ilğım və batil xəyal
kimi qeyri-real və aldadıcı çöküntüyə malik olmalarına inanırlar. Bu məktəb eyni
zamanda vəhdət prinsipinə inanmaqla, varlıq aləminin həqiqətində ikililik məsələsini
rədd edir. Bu e'tiqada əsasən dünya və Brahma bir-birindən ayrı olan iki həqiqət
deyildir və vücud başdan-başa Brahmanın vücududur. Qalan işlər isə xəyali düşüncə
və aldadıcı illüziyalardan başqa bir şey deyildir. Fiziki aləm, fərdi ruh, ardıcıl
doğulmalar və tənasüx aldadıcı, qeyri-real işlərdən hesab olunur. İnsan ruhu təkcə
duyulanlara və mə'lumatlara arxalansa yalnız əşyaların zahirini dərk edər, onun
batinindən xəbərsiz qalar. Əgər əşyalar və duyğu orqanları ilə dərk olunan varlıqlar
həqiqət kimi təsəvvür olunursa, bu da cəhalətdən və nadanlıqdan irəli gəlir. Deməli,
Brahmanın özü olan mütləq ruh və nəfs barədə mə'lumatsızlıq və cəhalət fərdi ruha
inanmağımıza, daha sonra buna əsaslanaraq əşya və duyulanlar üçün də müstəqil bir
həqiqət nəzərdə tutmağımıza səbəb olur. Mütləq ruha (Brahmaya) diqqət yetirmək
tənasüx və ardıcıl təvəllüdlər adı ilə
116
zorla düşüncəmizə qəbul etdirdiyimiz xəyali əzab-əziyyətlərdən qurtulmağa zəmin
yaratdığı halda, yuxarıdakı məsələ insanı çətinliyə, əzab-əziyyətə düçar edir.