123
Keçən dərslərdə qeyd olundu ki, ümumiyyətlə hinduizm məktəbi kompromis və
güzəşt ayinidir. Çünki bu ayin camaatla qarşıdurmaya icazə vermir və bu zəmində
hamı ilə mülayim davranmağı öz devizinə çevirmişdir. Buna əsasən də, məzhəbin
ardıcıllarının hər biri öz hiss, zövq və istəklərinə uyğun mə'budlarla əlaqə yarada
bilmişlər. İnsanların təfəkkür tərzi, hissləri adətən bir-birindən fərqləndiyinə görə
həyatdakı hər bir iş, xilqət aləmindəki təbii dəyişikliklər və fenomenlərin hər biri
üçün tədricən müəyyən bir mə'bud nəzərdə tutmuşlar. Sadə hindusların
e'tiqadlarında saysız-hesabsız mə'budların yaranmasınin səbəbi, rəmz və sirri də
bundadır.
Dostları ilə paylaş: