hansısa bir mö'cüzə və ya kəraməti olmuşdur” deyə cavab veriləcəkdir. Hindus
tarixi əfsanələrində çayın
124
burulduğu hər bir yer, hər bir dağın zirvə və qabarıqlığına aid hekayə var və bu
hekayənin məzmunu orada Şiva və Şaktinin zahir olması, yaxud Rama ya Krişnanın
mö'cüzə, kəramət göstərməsindən ibarətdir. Mö'min və e'tiqadlı hindusların
nəzərində saleh əməllərdən və bəyənilən ibadətlərdən biri də çayın mənbəyindən sağ
tərəfin kənarında su ilə eyni axarda hərəkət edərək bu işi çayın dənizə qovuşduğu
yerə qədər davam etməkdir. Daha sonra həmin yolu çayın sol tərəfindən geri
qayıdaraq bu əməli ibadət və dərgaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirsinlər.
Yol boyunca hər hansı bir mə'bədlə qarşılaşsalar dayanıb orada zikr-dua etməli,
müqəddəs kitabları oxuyub özləri üçün savab ehtiyatı toplamalıdırlar. Eyni zamanda,
ziyarətgahlardan bə'ziləri hinduslar üçün xüsusi e'timada layiqdirlər. Belə ki,
ehtiyacı olan insanlar hər il ziyarət məqsədi ilə uzaq-yaxın şəhərlərdən oraya
axışırlar. Əlbəttə, yol boyu bir çox ziyarətgahlara da baş çəkib ibadət edirlər. Qeyd
etmək lazımdır ki, bu ibadətgahların heç də hamısında ibadət etmək hinduslara
müyəssər olmur.
4. QANQA ÇAYI
Qanq çayı hindusların e'tiqadına görə Şiva, Rama, Krişna, yaxud hər hansı hindus
mə'budlarından birinin zühur və təcəlli yeri sayılan çaylardan daha müqəddəs və
əhəmiyyətlidir. Hindusların dini əfsanələrində nəql olunur ki, “ana” da adlandırılan
Qanqa çayı səmada Vişnunun ayağından qaynaqlanmışdır. Sonra Şivanın başının
ortasına enmiş, onun saçlarından axmış və başdan-başa Hindistan torpaqlarına
yayılmışdır. Bu çay Himalay dağları arasında, hindusların ən mühüm ibadət
mərkəzlərindən sayılan Hardvar adlı yerdən qaynaqlanır. Mö'min, xəstə və ehtiyacı
olanların öz diləklərini diləmələri, xəstəlikdən şəfa tapmaları və günahlardan
təmizlənmələri üçün özlərini çayın suyu ilə yumaları məqsədilə bu yerdə, çayın hər
iki sahilində yüzlərlə hamam tikilmişdir.
Cəmna və Qanqa çaylarının qovuşduğu yer də hindusların müqəddəs
məkanlarından sayılır. Bu məkanda bir zaman hinduslar üçün müqəddəs sayılmış,
indi isə qurumuş Səlsuti çayı da Cəmna və Qanqa birləsirdi. Çayların qovuşduğu bu
yerdə hal-hazırda tarixi Allahabad şəhəri salınmışdır və bu yer hər il milyonlarla
hindus ziyarətçini qoynuna alır. Onlar Məla adlanan böyük toplantıda bir yerə
yığışaraq dini ibadət və ayinləri birlikdə yerinə yetirirlər. Qanqa çayının Benqal
körfəzindəki qolu digər mühüm və müqəddəs məkanlardan sayılır. Bu çayın
deltasında yerləşən Suqur adası da hər ilin ilk günündə minlərlə hindusun qüsl,
ziyarət və ibadət əməllərinin yerinə yetirdiyi məkanlara çevrilir. Qanqa çayının
sahilində yerləşən Benares şəhəri də hindusların müqəddəs məkanlarındandır və hər
il saysız-hesabsız ziyarətçi Qanqa çayında qüsl etmək məqsədi ilə Hindistanın hər
bir yerindən ora tələsirlər. Hinduslar inanırlar ki, bu məkanda qüsl etmək onları
bütün günahlardan təmizləyir. Buna görə də, çayın sahilində zəvvarların qüsl
verməsi üçün “qat” adlanan çoxsaylı yerlər inşa olunmuşdur. Hinduslar ziyarət
mövsümündə Qanqa çayının sahilində vəfat
125
edənlərə, xüsusilə də ölüm anında ayaqları suda olana daha çox səadət və
xoşbəxtliyin nəsib olduğuna inanırlar. Onların e'tiqadına görə belə bir şəxsin ruhu
asimana gedir və Şivanın qonşuluğunda əbədi şadlıqda həyat sürür.
Dostları ilə paylaş: |