SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə88/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   84   85   86   87   88   89   90   91   ...   200
Dinlərlə tanışlıq

6. İNƏYİN HÖRMƏTİ 
Hinduslar inanırlar ki, yaranışın ilk dövrlərində insanla heyvan arasında heç bir 
ayrılıq və uçurum olmamışdır. Buna görə də, onlar insanla heyvan arasında sair 
heyvanların insandan yarandığını göstərən təkvini əlaqənin olduğunu təsəvvür 
edirdilər. Bu e'tiqada əsasən insanla heyvanın ruhu əslində birdir və onların ruhları 
həmişə bir-birinə keçir. Heyvanların rəngarəngliyi, onlardakı dəyişikliklər də yalnız 
karma nəticəsində yaranan bir sıra tənasüx və ardıcıl doğumların


126 
tə'sirinə görədir. Nümunə üçün, hinduslar fili Şivanın oğlu hesab edirlər və onun 
heykəli bədbəxtliyin aradan qaldırılması üçün bir vasitədir. İlan və meymun onlara 
görə qorxunc olduğundan,onların ilahi bir məqama malik olduğuna inanırlar. 
Sancması dərhal ölümlə nəticələnən, kobra növündən olan naqa ilanına xüsusi 
ehtiram göstərilir. Hər il hinduslar bu ilana ehtiram naminə xüsusi dini bayram 
keçirir; onların yuvalarının yanına gedir, hədiyyə, peşkəş kimi süd və banan verirlər. 
Hinduslar heyvanların hörmətini saxlamaq, xüsusilə ilanlara hörmət göstərmək üçün 
çoxlu mə'bədlər tikmişlər və oralarda da çoxlu heyvanlar yaşayır. Kərtənkələ, bəbir, 
tovuz quşu, tutuquşu, hətta siçana da pərəstiş edir; öz diləklərini diləmək və 
istəklərinə çatmaq üçün meymuna da nəzir edirlər. 
Hinduslar inəyə daha böyük hörmətlə yanaşır, müqəddəs və xüsusi məqam sahibi 
sanırlar. Hər bir yerdə, mə'bəd və evlərdən başlamış şəhər meydanlarına qədər inək 
heykəli görmək olar. Bu heyvanı öldürmək və ya istifadə etmək tamamilə qadağan 
edilib və haram sayılır. Onlar küçə və xiyabanlarda sərbəst hərəkət azadlığına 
malikdirlər. İnəklərə əzab-əziyyət verməyə, azadlıqlarını məhdudlaşdırmağa icazə 
verilmir. İnək ifrazatı məlhəm və təbərrük kimi, onun sidiyindən isə daxili və xarici 
murdarlıqları paklaşdırmaq üçün istifadə olunur. Hinduslar öz ölülərini odda 
yandırsalar da, ölü inəklərin cəsədini çox böyük ehtiramla, xüsusi bir dini mərasimlə 
torpağa tapşırırlar. 
Hindusların arasında geniş yayılmış adətlərdən biri də inəkləri Şivaya vəqf etmək, 
yaxud onları azad etməkdir. Onlar bu əməlin böyük savabı olduğuna inanırlar. Digər 
tərəfdən, bu heyvanı öldürmək bağışlanmaz günah hesab olunur və bu işi törədən 
şəxs kasta təbəqəsindən çıxarılaraq daha aşağı təbəqəyə endirilir. Hindistanda inəyə 
o qədər hörmət qoyulub ki, tarix boyu müsəlmanlarla hinduslar arasında baş verən 
toqquşmaların əsas amili müsəlmanlar tərəfindən qurban bayramında bu heyvanın 
qurban kəsilməsi olmuşdur və bu indi də belədir. 
Hindusların üçün inəyin bu qədər hörmət və müqəddəsliyinin səbəbi dəqiq mə'lum 
deyil. Vill Dorant keçmiş dövrlərdə uzaqgörən bir hakimin bu yük heyvanının nəslini 
qoruyub saxlamaq, kənd təsərrüfatı işlərində istifadə etmək və mənfəət götürmək 
üçün onun öldürülməsini qadağan etdiyini və bu işin tədricən dini-məzhəbi xarakter 
alaraq müqəddəsləşdiyini ehtimal edir. Hər halda Hindistanda inəyə bu qədər hörmət 
və müqəddəslik indiyə qədər davam etməkdədir. Hətta Hindistanın müstəqillik 
mübarizələrinin rəhbəri Qandi bu barədə münasibət bildirərək demişdir: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin