3. ƏXLAQİ VƏ İCTİMAİ EHTİYACLAR NƏZƏRİYYƏSİ: Bu nəzəriyyənin tərəfdarları inanırlar ki, insanın bir sıra əxlaqi, ruhi və ictimai
ehtiyacları vardır; bu ehtiyaclar böyük, qüdrətli, əbədi bir varlığa e'tiqad
bəslənilmədən tə'min olunmur. Bu daxili tələbat insanların qüvvət və qüdrət sahibı
olan Allaha e'tiqad bəsləməsinin əsasını təşkil edir. Eynşteyn bu barədə deyir: “ - Hər kəs ideoloji hərəkətlərin nəticəsini görmək istəyirsə, yadda saxlamalıdır ki, insan övladının bütün təfəkkür və sə'yləri həyatda qarşılaşdığı ehtiyacları ödəmək və problemlərini həll etmək üçün olmuşdur. İki heyrətamiz qüvvə olan eşq və arzu bəşəriyyətin hərəkətverici qüvvəsi, mübarizə və ixtiraların əsas mühərriki olmuşdur. Bundan da önə keçib bəşər həyatı üçün müxtəlif məqsədlər qeyd etmək mümkündür, lakin onlar bu iki haldan kənar olmayacaqdır...” O sonra əlavə
edərək deyir: “ - İnsanın ictimai xüsusiyyəti də dinlərin yaranma səbəblərindən biridir. Hər bir şəxs öz ata-anasının, qohum-əqrəbasının, rəhbərinin və böyük şəxsiyyətlərinin ölümünü görür; buna görə də hidayət olunmaq arzusu, sevmək, sevilmək, bir şəxsə arxalanıb ümid bəsləmək onda Allaha əqidə bəsləməyə şərait yaradır. Düşünür ki, həmin Allah bağışlayan və mehribandır, insanı və sair varlıqları qoruyur, kainatı nəzm və harmoniya əsasında idarə edir, məxluqata mükafat və cəza verir. O elə bir
20
Allahdır ki, onları sevir, həyatı, qəbiləni və irqləri qoruyub saxlayır; onlara nail olmadıqları arzularda, qane olmadıqları istəklərdə təsəlli verir; elə bir Allahdır ki, ölülərin ruhlarını məhv olmaqdan saxlayır. Bütün bunlar, ictimai, yaxud əxlaqi