132
İYİRMİ ÜÇÜNCÜ DƏRS
SİQH AYİNİ (1)
Siqh ayininin banisi Nanak adlı bir şəxsdir. Nanakın tərcümeyi-halı və onun bu
dini necə yaratması barədə əsas informasiya mənbəyimiz “Canamsakhi” və ya həyat
hekayələri adlı kitablar toplusudur. Bu toplu siqhlərin müqəddəs kitabı olan
Qrantdan sonra ən mühüm və ən mö'təbər mənbədir. Bu sahədəki bitərəf kitablarda
daha ətraflı mə'lumat olmadığına görə bu mə'lumatların doğruluğuna bir o qədər də
əmin olmaq olmaz.
Siqh ayininin əsasının qoyan Nanak 1469-cu ildə Pəncab əyalətinin Talvandi
kəndində dünyaya gəlmişdir. Bu kənd sonralar
onun şərəfinə Nanak-ara, yə'ni
Nanakın yurdu adlandırılmışdır.
Canamsakhi kitabında qeyd olunur ki, o uşaq yaşlarından fitri iste'dada
malik
olmaqdan əlavə, həyatın adi, təbii məsələlərinə qarşı laqeyd idi və onlardan uzaq
gəzirdi. Onun uşaqlıq dövrü barədə nəql olunur ki, 7 yaşında
ilk dəfə məktəbə
gedərkən öz hindus müəlliminə bütün veda kitablarını mütaliə etmək əvəzinə
ilahinin özünün rəhməti sayəsində allahın həqiqi adının həqiqətinin dərk etməsini
tövsiyə etmişdi. Deyilənə görə, 9 yaşında ikən brahmanlar müqəddəs hindus ipini
ona verdikləri zaman dua mərasiminin əhəmiyyəti barədə onlara müəyyən göstərişlər
vermişdi. Onun barəsində nəql olunmuş müxtəlif hadisələr onun adi gündəlik həyata
nifrət
etməsindən sakit, təfəkkür və şövq, həyacana qarışmaqla yanaşı
olan dini
həyata maraq göstərməsindən xəbər verir. Hətta, dostları və qohumları da onun adi
işlər, fiziki fəaliyyətlər, alış-veriş və digər məşğuliyyətlərə
nifrətini görüb ondan
ümidlərini kəsmiş onu faydasız, əfəl və öz ailəsinə qaxınc hesab edirdilər. Bir dəfə
Sultanpur şəhərində yaşayan qaynı ona ləyaqətli bir vəzifə təklif etsə də o, ilk
günlərdən bu işdən mə'yus olub uzaqlaşmışdır.
Nanakın adi həyata laqeydliyi o həddə çatır ki, nəhayət arvadını və iki övladını
buraxıb meşə və çöllərdə sərgərdan gəzməyə başlayır. Bu dövrdə o, vaxtının çoxunu
təfəkkür və meditasiya ilə müşaiyət olunan asketizm ilə keçirmişdir.
Onun barəsində yazırlar: “ - Bir gün Nanak çayda yuyunduqdan
sonra meşəyə baş
vurdu və görünməz oldu. Orada yuxu, yaxud aşkarlıq aləmində allahın hüzurunda
hazır oldu. Cənnət içkilərindən bir cam doldurub ona verdilər və o, gözəl tərzdə bu
şərabı qəbul etdi. Sonra allah ona dedi: Mən səninləyəm. Səni və sənin adını qəbul
edən hər bir şəxsi xoşbəxt etdim. Qalx ayağa, get və mənim müqəddəs adımı təkrar
et, başqalarına da mənim müqəddəs adımı zikr etməyi əmr et. Tərkidünyalıqda
möhkəm ol və həmişə məni xatırla! Ismətli olmağı, cismin təmizliyini, allaha ibadəti
və dünya barədə düşünməyi özünə peşə et... Mənim adım allahdır, birinci
brahmayam, sən də ilahi “quru”san.”
133
Bu müracitə cavab olaraq Nanak cabci adlı nəğmə və şe'rlər oxudu. Ardıcılları
həmin nəğmələri müqəddəs kitabın bir hissəsi hesab edir və hər sübh çağı onu
oxuyarlar.
Bu şe'rin məzmunu belədir: “ - Allah birdir və onun adı haqdır. Yaradan qəzəbdən
uzaq, qorxmaz, təmiz, qəyyum, böyük və mehribandır. Haqq əzəldən mövcuddur və
əbədiyyətə qədər olacaqdır. Ey Nanak! O olub, var və olacaqdır.”
Nanak bundan sonra meşədən çıxdı və sükut içində
keçirdiyi bir gündən sonra
özünün məşhur cümləsini belə bəyan etdi:
“ - Hindu və müsəlman yoxdu.” Bu da
onun siqh adı ilə məşhurlaşan yeni ayininin yaranışının və təbliğatının başlanğıcı idi.
Dostları ilə paylaş: