SeyiD ƏHMƏd mahmudi /j


SİQH AYİNİNİ FORMALAŞDIRAN ZƏMİNLƏR



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə94/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   90   91   92   93   94   95   96   97   ...   200
Dinlərlə tanışlıq

SİQH AYİNİNİ FORMALAŞDIRAN ZƏMİNLƏR 
Müsəlman sultanların Hindistanı istila etməsindən, müqəddəs İslam dininin bu 
ölkədə yayılmasından və müxtəlif zümrələrdən olan insanların bu dinə meyl 
etməsindən sonra hinduslar müsəlmanlarla qarşıdurma və münaqişələrə başladı. Bu 
qarşıdurma əsas e'tibarı ilə iki yöndə baş verirdi: birincisi, İslamın arqumenti və 
məntiqi əsaslarının çoxu ilə tanışlığın və bunun nəticəsində öz qədim e'tiqadlarında 
şəkk və şübhəyə düşmüş alim və mütəfəkkirlər arya-samac kimi təəssübkeş hindus 
cərəyanları onların İslam dininə qovuşmaları yolunda başlıca maneə sayıldığına görə 
bu iki ayinin mütəfəkkirləri (müsəlman və arya-samac alimləri) arasında ideoloji 
çəkişmələr qaçılmaz oldu. 
İkinci yönüm isə, əqidə yolunda təəssübkeş müsəlman və hindus kütlərləri arasında 
baş verən qanlı müharibə və münaqişələr idi. Bu çəkişmə və çarpışmaların nəticəsi 
ondan ibarət oldu ki, həm hinduizm, həm də İslamla əlaqəsi, tanışlığı olan bə'zi 
hindus alimləri bütün münaqişələrə son qoymaq üçün bu iki din arasında birlik və 
inteqrasiya yaratmaq yolunu tutdular. Bu alimlərdən Nandiv, Ravidas və Kəbirin 
adını qeyd etmək olar. Kəbir daha önəmli və məhşur olmuşdur. Onda İslam 
alimlərindən mənimsədiyi tə'limlərin tə'siri altında İslamın əsaslarına maraq oyanmış 
və bu tə'limlərin bir hissəsini hinduizm düşüncələri ilə əvəz etmişdir. O, hinduizmdə 
geniş yayılmış bütpərəstlik və tanrıların heykəllərinə sitayişi pisləmiş və tovhidə
təkallahlılığa üz tutmaqla bildirmişdir ki, allah daşda, metalda yaxud başqa bir şeyə 
sığmaqdan, öz bəndələrinin kitab oxunuşu, rahiblik, çaylarda qüsl etmək
mə'bədlərdə təvaf etmək kimi zahiri işlərdən sevinməkdən ucadır. Allah öz 
bəndələrindən yalnız niyyətlərini paklaşdırmağı, əxlaq və əqidələrini 
saflaşdırmalarını istəmişdir. Kimsə sədaqət və məhəbbətlə yeganə olan Allaha 
pərəstiş etsə, karma qanundakı əzab-əziyyətlərdən xilas və ardıcıl doğumlar dövri 
çarxından çıxacaqdır. O, həmçinin hər bir şəxsin nicata çatmaq üçün bir müəllimin 
yol göstərməsinə ehtiyacı olması məsələsinin (Pəncabın yerli dialektində buna 
“quru” deyilir) üzərində xüsusi dayanırdı. Siqh ayininin rəhbərlərinə də “quru” 
deyilməsi də buradan başlanır. 


134 
Kəbirin e'tiqadları barəsində dərindən düşündükdə onun İslam dininin bir sıra 
e'tiqad və təfəkkürlərini, o cümlədən tovhidi, xalis ibadəti İslamdan götürdüyünü, 
sonradan onları hinduizmdəki karma və tənasüx əqidəsi ilə birləşdirdiyini görərik. 
Eyni halda qeyd etmək lazımdır ki, Kəbir həqiqətən hinduizm və İslamın sintezindən 
ibarət yeni bir ayin yaratmaq fikrində olmamış, şagirdi Nanak onun bu düşüncələri 
əsasında belə bir iş görmüşdür. Bir qrup insan mürid kimi onun ətrafına yığıldıqdan 
sonra o öz əqidəsini onlara öyrətmiş, müridləri ilə münasibəti müəllim-şagird 
münasibəti olduğuna görə onun ayinini “siqh” - bu Pəncab dialektində şagird 
deməkdir - adlandırmışlar. Nanakın vəzifəsi “quru” (müəllim) idi və siqh adı bu 
baxımdan onun ayininə aid edilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin