Açıqlama 23-26 15092022 nk


Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix17.09.2022
ölçüsü1,44 Mb.
#117804
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
63232fd93c146

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına 
reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi. İşğaldan azad olunmuş 
ərazilərə Böyük Qayıdışın tərkib hissəsi kimi əhalinin dayanıqlı məskunlaşması ərazilərdə 
ilkin şərtlərin yaradılması, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və 
qeyri-yaşayış komplekslərinin inşası, qabaqcıl rəqəmsal texnologiyaların geniş tətbiqi ilə 
müasir sosial və biznes infrastrukturunun yaradılması, ümumi məhsul buraxılışında, ixracda 
və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payının artırılması kimi mühüm tədbirlərin 
mərhələli şəkildə, prioritetlik prinsipi ilə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir 
təcrübəyə əsaslanmaqla icrası üçün zəruri maliyyə təminatının yaradılması da növbəti 
illərdə büdcə siyasəti qarşısında duran əsas çağırışlardandır. 
Eyni zamanda qeyd edilməlidir ki, 2022-2025-ci illər üzrə OMBÇ
1
sənədində 
aşağıdakı çağırışlar göstərilmişdir: 
- COVID-19 pandemiyası; 
- Neft gəlirlərinin azalması; 
- Qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində 
payının artırılması;
- Xərclərin artımının iqtisadi artım göstəriciləri və dayanıqlı gəlir mənbələri 
ilə uzlaşdırılması;
- İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası; 
- Pensiya sisteminin dayanıqlığı.
1
http://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/static-pages/files/61cdd967407d9.pdf


13 
Bu çağırışlar növbəti ortamüddətli dövrdə (2023-2026) də öz aktuallığını qoruyur. 
Bununla belə, neft gəlirlərinin azalması çağırışı ilə bağlı qeyd olunmalıdır ki, neft hasilatı 
üzrə azalmaların davam etməsi neft gəlirlərinin azalmasını şərtləndirir, lakin təbii qazın 
yüksək satış qiyməti və Şahdəniz yatağı üzrə qaz hasilatı proqnozları ortamüddətli dövrdə 
ölkədaxili neft hasilatının aşağı düşməsi ilə əlaqədar neft gəlirlərinin azalmasını 
neytrallaşdırır. 
Yuxarıda qeyd olunan çağırışlarla yanaşı, cari ildə formalaşmış aşağıdakı xarici və 
daxili mühit çağırışları da ortamüddətli dövr üçün nəzərə alınır: 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin