14
İnflyasiya təzyiqləri və ərzaq böhranı. Ötən il əsasən xarici faktorların təsiri ilə artan
inflyasiyanın (xüsusən də ərzaq inflyasiyasının) cari ildə geosiyasi gərginlik fonunda
daha
da artması qısa müddətli dövrdə makroiqtisadi sabitliyə və büdcə tarazlığına təsir edən əsas
amillərdən biridir. Yüksək inflyasiya gəlirlərin artımını şərtləndirməklə yanaşı, bir sıra
xərclərin də artırılmasını
zəruri edir ki, bu da büdcə qaydası çərçivəsində fiskal məkanın
məhdudlaşmasına səbəb ola bilər. Qeyd olunanlarla yanaşı, qlobal vəziyyətin
mürəkkəbləşməsi, məhdudiyyətlər və qiymət artımı ərzaq təhlükəsizliyi problemini ön plana
çıxarmışdır. Ölkənin taxıl idxalından asılılığı bu sahədə bir sıra tədbirlərin icrasını zəruri edir.
Əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların dəyərsizləşməsi. Rusiya,
Türkiyə, Ukrayna, Qazaxıstan, Belarus kimi ölkələrdə milli valyutanın dəyərdən düşməsi və
bir sıra ölkələrdə həyata keçirilən sərt pul siyasəti manatın nominal
effektiv məzənnəsini
möhkəmləndirməklə Azərbaycanda inflyasiyaya azaldıcı təsir göstərsə də, manatın
möhkəmlənməsi təzyiqləri formalaşdıraraq ölkəmizdə idxalı ucuzlaşdırmaqla
yerli
istehsalçıların maraqlarına və qeyri-neft məhsullarının ixrac imkanlarına mənfi təsir göstərir.
2022-ci ilin birinci yarısında yuxarıda qeyd olunan ölkələrin Azərbaycanın qeyri-neft
ixracında xüsusi çəkisi 57,0 faizdən, idxalda xüsusi çəkisi isə 43,0 faizdən yuxarı olmuşdur.
Dostları ilə paylaş: