20
5. 2023-cü il üzrə dövlət və icmal büdcələrin proqnozu
İcmal büdcə. 2023-ci ildə icmal büdcənin gəlirləri 32939,4 milyon manat (ÜDM-nin
31,1 faizi) səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2022-ci ilin yenidən baxılmış
proqnozuna nəzərən 3721,5 milyon manat və ya 10,2 faiz azalma deməkdir. İcmal büdcə
xərcləri isə növbəti ildə 37883,0 milyon manat proqnozlaşdırılmışdır ki, bu da ÜDM-nin 35,8
faizini təşkil edir. İcmal büdcənin xərcləri 2022-ci ilin yenidən baxılmış
proqnozu ilə
müqayisədə 2342,1 milyon manat və ya 6,6 faiz çoxdur. 2023-ci
il üzrə icmal büdcədə
4943,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdır.
Növbəti
ildən başlayaraq, icmal büdcənin tərkibinə İcbari Tibbi Sığorta
Fondunun
gəlirləri və xərcləri daxil edilir.
Dövlət büdcəsi. 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30720,7
milyon manat
proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1522,9
milyon manat və yaxud 5,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 4324,4 milyon
manat və yaxud 16,4 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin
dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33300,0
milyon manat proqnozlaşdırılır ki, bu da, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 5877,6
milyon manat və yaxud 21,4 faiz çoxdur.
2023-cü ildə dövlət büdcəsinin kəsiri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə
müqayisədə 526,7 milyon manat və ya 17,0 faiz az olmaqla 2579,3 milyon manat (ÜDM-də
xüsusi çəkisi 2022-ci illə müqayisədə 0,3 faiz-bənd az olmaqla 2,4 faiz) proqnozlaşdırılır.
Dostları ilə paylaş: