23
Qrafik 11. 2023-cü ildə dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə
proqnoz göstəriciləri (milyon manat)
Dövlət büdcəsinin kəsiri. 2023-cü ildə dövlət büdcəsinin kəsiri 2579,3 milyon manat
proqnozlaşdırılır ki, bunun da 1405,3 milyon manatının (54,5 faiz) borclanma, 1074,0 milyon
manatının (41,6 faiz) vahid xəzinə hesabının qalığı, 100,0 milyon manatının (3,9 faiz)
özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyasının maliyyələşdirilməsi. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul
tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Strategiya çərçivəsində dövlət
büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan layihə və tədbirlərin həyata keçirilməsi
üçün 2023-cü ilin dövlət büdcəsində
5,2 milyard manat nəzərdə
tutulmuşdur.
Büdcə proqnozlarının büdcə qaydasına uyğunluğu. Büdcə qaydasının
hədəflərinə dair bölmədə qeyd olunduğu kimi icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-
neft ÜDM-yə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2023-cü ilin sonuna 25,0 faiz,
dövlət borcunun ÜDM-yə nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı
həddinin isə 20,0 faiz səviyyəsində müəyyən edilməsi təklif olunur.
2023-cü ilin büdcə proqnozları məhz həmin hədəf göstəricilərinin yuxarı hədləri
çərçivəsində tərtib edilmişdir.
Dostları ilə paylaş: