Mövzu № adr-in hüquq tarixi (1918-1920-ci illər)


  Azərbaycan Xalq Cümhuriyyətinin qanunvericilik fəaliyyəti



Yüklə 398,73 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix26.09.2022
ölçüsü398,73 Kb.
#117979
1   2   3   4   5   6   7   8   9   10
130 movzu N 6. adrin huquq tarixi 19181920ci iller

2. 
Azərbaycan Xalq Cümhuriyyətinin qanunvericilik fəaliyyəti 
Azərbaycan Cümhuriyyətinin ilk hüquqi sənədi Konstitusiya aktı statusuna malik olan 
İstiqlal Bəyannaməsi (Misaqi-milli) idi. Bu hüquqi (həm də siyasi) sənəddə müstəqil
Azərbaycan dövlətinin yarandığı (xalq cümhuriyyəti formasında) bəyan olunmuş, onun 
hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin 
əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Bəyannamədə demokratik dövlətə məxsus 
atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi 
hüquqlarının təmin edilməsi, bütün xalqların və hər kəsin milli, dini, sinfi, silki və cinsi 
mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, 
hakimiyyətlər bölgüsü kimi prinsiplərin dövlət fəaliyyətinin əsasını təşkil etməsinin bəyan 
edilməsi suveren, demokratik, hüquqi dövlət yaradılması istəyini nümayiş etdirirdi. İstiqlal 
bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda milli 
dövlətin siyasi əsaslarını, yəni demokratik rejimli parlament respublikası idarəçilik 
formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan 
qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, 
daxili və xarici, eyni zamanda milli siyasətin əsaslarını, vətəndaşların hüquqi statusunun 
əsaslarını bərqərar edərək möhkəmləndirdi. Lakin bu sənəd Konstitusiyanı tam əvəz edə 
bilməzdi və Azərbaycan Cümhuriyyətinin Konstitusiyasının dövlətin ali orqanı – 
Müəssisələr Məclisi tərəfindən qəbul edilməsi nəzərdə tutulurdu. 
1918-ci il iyunun 17-də müəyyən səbəblər üzündən Azərbaycan hökuməti Milli 
Şuranın qanunvericilik funksiyalarını öz üzərinə götürərək, dövlətin hakimiyyət 
strukturlarının yaradılması ilə yanaşı, qanun yaradıcılığı prosesini həyata keçirməyə 
başladı. İlk əvvəl yeni dövlətin daxili və xarici siyasətini əhatə edən qanunların qəbul 
edilməsinə başlanıldı. Bunların içərisində ən əhəmiyyətliləri 24 iyun və 9 sentyabr 1918-ci 
il tarixli dövlət bayrağı haqqında; 27 iyun tarixli dövlət dili (azərbaycan dili) haqqında; 21 


iyun tarixli milli komitələrin ləğvi haqqında; 10 avqust tarixli Azərbaycan gömrüyünün 
təsis edilməsi haqqında, 11 avqust tarixli Azərbaycan ordusuna çağırış haqqında, 28 
avqust tarixli məktəblərin milliləşdirilməsi haqqında və s. hökumət qərarları idi. 
Parlament fəaliyyətə başladıqdan sonra qanun yaradıcılığı prosesi geniş vüsət aldı. Ali 
qanunvericilik orqanının bu sahədəki fəaliyyəti iki istiqamətdə qurulmuşdu: 
1) yeni qanunların qəbul edilməsi;
2) qüvvəsini müvəqqəti olaraq saxlamış qanunlara dövlətin və xalqın mənafeyinə 
uyğun olan dəyişiklik və əlavələrin edilməsi yolu ilə onların təkmilləşdirilməsi.
İkinci istiqamət köhnə qanunların da tədricən tamamilə yeni normativ-hüquqi aktlarla 
tənzimlənməsini nəzərdə tuturdu. 
Qanun layihələrinin mətninin hazırlanması hər hansı hüquq normasının qəbuluna 
yaxud dəyişdirilməsinə olan tələbatın üzə çıxmasından sonra başlanır və bütün qanun
layihələri bu tələbatı əsaslandıran “İzahlı qeydlərin” verilməsi ilə müşayiət olunurdu. 
Ümumiyyətlə, qanunların xüsusi qaydada qəbulu, yəni qanunvericilik prosesinin bir neçə 
mərhələdən ibarət olması parlamentin fəaliyyətində müşahidə olunurdu. 
Müasir dövrdə olduğu kimi, bu mərhələlər aşağıdakılardan ibarət idi: 1) Qanun 
layihəsinin irəli sürülməsi və ya qanunvericilik təşəbbüsü; 2) Qanun layihəsinin müzakirəsi; 
3) Qanunun qəbulu; 4) Qanunun dərc edilməsi. 
Əsas və yardımçı komissiyalarda işlənib hazırlanmış qanun layihələri rəy verilməsi 
üçün Nazirlər Şurasına göndərilirdi və onun rəyi ilə birlikdə müzakirə olunması üçün
parlamentə təqdim edilirdi. Parlamentin müvafiq komissiyalarında bu qanunların 
müzakirəsi davam etdirilirdi. Bəyənilən qanun layihələri parlamentin iclaslarına çıxarılırdı. 
Qəbul edilən qanun layihələrinin dərc edilməsi və onların hüquqi qüvvəyə 
gətirilməsinin dəqiq qaydası parlamentin fəaliyyətinin ilk dövründə müəyyən edilməmişdi.
Belə ki, 14 sentyabr 1918-ci il tarixindən 19 iyul 1919-cu ilə qədər qəbul edilmiş 
qanunvericilik aktlarının dövlətin mətbuat orqanlarında dərc edilməsində ardıcıllığın 
gözlənilməməsi baxımından (19 iyul 1919-ci il tarixindən “Azərbaycan Cümhuriyyəti 
hökumətinin məlumatı” jurnalında qanunların ardıcıl şəkildə nəşrinə başlanılmışdı) nə vaxt 
və harada dərc edilməsindən asılı olmayaraq, bütün qanunların qəbul etdiyi andan 
etibarən hüquqi qüvvəyə malik olması nəzərdə tutulurdu. Bununla əlaqədar, 20 mart 1920-
ci il tarixdə müzakirəyə çıxarılmış “Qanunların dərc edilməsi və onların qanuni qüvvəyə 
gətirilməsi haqqında” qanun layihəsində mahiyyət etibarilə qaldırılmış iki vacib məsələyə - 
qanunun dərc edilərək ictimaiyyətin nəzərinə çatdırılması anı və onun hüquqi qüvvəyə 
gətirilməsi anına münasibətdə digər dövlətlərin, xüsusilə Avropa dövlətlərinin – 
İngiltərənin, Fransanın, Rusiyanın və Almaniyanın müvafiq qanunvericilik aktları 
araşdırılmış və bu aktlarda olan müsbət cəhətlər layihənin mətnində nəzərə alınmışdı. 
Azərbaycan Cümhuriyyətində normativ aktların dərc edilməsi və qanuni qüvvəyə 
gətirilməsinin aşağıdakı qaydası nəzərdə tutulurdu: 
 Qəbul edilən qanunlar müəyyən edilmiş qaydada hökumətin İşlər İdarəsi 
tərəfindən ictimaiyyətin nəzərinə çatdırılır və elan edilməmişdən əvvəl fəaliyyətdə olması 
qadağan edilir; 


 Qanunların “Azərbaycan Cümhuriyyəti Hökumətinin Qanunlar və Sərəncamlar 
Külliyyatı”nda, “Azərbaycan Cümhuriyyəti Hökumətinin Xəbərlərin”də dərc edilməsi, 
onların rəsmi şəkildə elan edilməsi hesab olunur; 
 Qanun, elan edildiyi zaman öz hüquqi qüvvəsinə ya onun özündə bilavasitə edilmiş 
müddətdən etibarən, yaxud da belə müddətin göstərilmədiyi təqdirdə rəsmi mətbuat
orqanında – “Azərbaycan Cümhuriyyətinin Hökumətinin Xəbərləri”ndə dərc edildikdən 
yeddi gün sinra malik olur. Nəşr edilən qanunun özündə həmçinin, onun elan edilməsi üçün
vaxt, habelə teleqrafla ötürməklə və ya xüsusi şəxslərin vasitəsilə yayılmaqla yerinə
yetirilmə vaxtı göstərilə bilər; 
 Hər hansı qanunun hüquqi qüvvəsi, onun özündə nəzərdə tutulan hallarda başqa, 
yəni qanunun hüquqi qüvvəsinin geriyə şamil edilməsi və yaxud onun yalnız özündə 
əvvəlki qanunun mənasının təsdiqi və izahı olduğunun göstərildiyi hallar istisna
olunmaqla, yalnız həmin qəbulundan sonrakı dövrə şamil edilir; 
 28 may 1918-ci il tarixdən başlayaraq 1920-ci ilin martına qədər qəbul edilmiş 
bütün qanunlar onların dərc edilmə vaxtından və şəraitindən asılı olmayaraq, qəbul edildiyi
andan etibarən hüquqi qüvvəyə minmiş hesab edilirlər. 

Yüklə 398,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin