tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz 119. Əməyin mühafizəsi üzrə iş yerlərinin attestasiyasının keçirilməsinə kim məsuliyyət daşıyır?
A) Baş mühəndis
B) Direktorun Əməyin mühafizəsi üzrə müavini
C) Sahə rəisləri
D) Direktorun birinci müavini
E) Müəssisənin rəhbəri
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010.
Səh. 225
120. İşçilər üçün tənəffüz aparatları nəyə əsasən seçilir?
A) Ölçülərə uyğun
B) Rənginə uyğun
C) Davamlılığına uyğun
D) Peşəyə uyğun
E) Təhsilə uyğun
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011.
Səh. 501
121. Hansı maddələri karbon qazlı odsöndürənlərlə söndürmək olar?
A) Yalnız gərginlik altında olan cihazları
B) Neft məhsullarının, həmçinin gərginlik altında olan cihazları
C) Maye və qaz halında olan yanar maddələri
D) Bütün növ, həmçinin gərginlik altında olan cihazları
E) Bərk və maye yanar maddələrin, həmçinin gərginlik altında olan cihazları
Testin çətinlik dərəcəsi: Orta
İstinad: https://www.fhn.gov.az/newspaper/?az/news/view/9305
122. Hansı zərərli mühit amillərinə görə işçilərə süd məhsulu verilir?
A) Zərərli maddələr və toz
B) Temperaturun yuxarı həddi
C) Səs-küy və titrəmə
D) Qarışıq işıqlanma
E) Elektrik sahəsi
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.291
123. Əməyin mühafizəsi məsələləri hansı qanunvericiliklə tənzimlənir?
A) Azərbaycan Respublikasının Konstitusiyası ilə
B) “Yanğın Təhlükəsizliyi haqqında” qanun ilə
C) “Nəqliyyat haqqında” qanun ilə