tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz C) Tünd qırmızı
D) Ağ rəngdə
E) Qara rəngdə
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İstinad: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli 207
nömrəli qərarı ilə təsdiq edilmişdir.Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması
qaydaları.Səh-9
141. Təhlükəli və zərərli maddələrlə işləyən bütün işçilər sərbəst işə buraxılmazdan əvvəl nəyi
oyrənməlidirlər?
A) Əmr və sərəncamları
B) Əməyin mühafizəsi üzrə giriş təlimatını
C) Xüsusi geyim və fərdi mühafizə vasitəsi ilə təmin olunması normalarını
D) Əməyin mühafizəsi üzrə görülən işlərin siyahısını
E) Bilikləri yoxlanılmaqla, müvafiq qaydada təhlükəsiz iş üsullarını öyrənməlidirlər
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı 2004,
səh.251 (3,1)
142. İş yerinin hava məkanını normal vəziyyətə gətirmək üçün hansı mühafizə vasitələrindən
istifadə olunur?
A) Torpaqlama və sıfırlaşdırma mühafizəsini qurmaqla
B) Titrəmə söndürücülərindən
C) Soyuducu və isidici qoruyuculardan
D) İşıqdan mühafizə aşırımlarından
E) Hava sorucu və hava təmizləyən qurğularından
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh.31
143. Bədənin turşu ilə yanan zədələnmiş sahəni nə ilə yumaq lazımdır?
A) 8-9%-li kalium permаnqanat məhlulu və yaxud navokainlə
B) 96%-li etil spirit və yaxud bor mazı ilə sarğı qoymaq
C) Su ilə qarışdırılmış 1%-li xlor məhlulu ilə yuyub sarıq qoymaq
D) Böyük həcmdə su ilə sonra 5%-li soda ilə yuyub sarıq qoymaq
E) Yod məhlulu ilə isladılmış pambıq ilə asta-asta yumaq lazımdır
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011. Səh. 56
144. Təhlükəli istehsalat amillərinə aşağıdakılardan hansılar aiddir?
A) Qoruyucu torpaqlama qurğuları
B) Çəpərlər və qoruyucu torlar
C) İzolə edici qurğular və örtülər
D) Hərəkət edən maşın və mexanizmlər
E) Qoruyucu qurğular
Testin çətinlik dərəcəsi: Orta