Öz-
özünə təmizlənən daşqıranlar (şəkil 5,b) özlü, yumşaq və nəm materialları xırdalamaq üçün
tətbiq olunur. Bu daşqıran da adi çəkicli daşqıran kimi içərisində sürətlə fırlanan çəkicli (3) rotor
yerləşmiş gövdədən (1) ibarətdir. Rotorun fırlanması istiqamətində daşqıranda xırdalayıcı tava (5)
gücləndirmək üçün tavanın altında tərpənməz tava (6) quraşdırılmışdır.
Tərpənən tava rotorun
fırlanmasının əksinə hərəkət edir. Daşqırana daxil olan material böyük sürətlə fırlanan çəkicə zərblə
dəyərək konveyerin lövhəsi üzərinə atılır. Materialın sonrakı xırdalanması çəkiclərin sürtülmə təsiri
nəticəsində konveyerdə və şəbəkədə (4) başverir. Özlü materialların xırdalanması zamanı
şəbəkə
çıxarılır. Bu zaman lazımi xırdalanma dərəcəsi konveyerdə alınır. Lövhəyə yapışmış
material
konveyerin hərəkəti zamanı onun əks tərəfindən təmizlənir. Beləliklə, rotora daxil olan lövhə təmiz
olur. Daşqıranın daxili səthinə materialların yapışmaması üçün ikinci lövhəli konveyer yerləşdirilir.
Çəkiclərə atılan material şaquli konveyerə dəyərək aşağı tökülür. Lövhəyə yapışmış material onun
hərəkəti nəticəsində fasiləsiz olaraq təmizlənir. Bu daşqıranlarda nəmliyi 20...30 % olan materialları
xırdalamaq olur.
Dostları ilə paylaş: