7
Bütün neftlərin tərkibində kükürd müxtəlif miqdarda tərəddüd edir. Bakı nefti az
kükürdlüdür, lakin Başqırdıstan, Tatarıstan, Qazaxıstan neftlərində kükürdün miqdarı 3-8% və
daha çox olur. Kükürdlü neftləri çıxarar və emal edərkən havaya hidrogensulfid, merkaptanlar və
b. maddələr daxil olur ki, bu da kəskin və xroniki zəhərlənmələrə səbəb olur. Neftin xüsusi çəkisi
əksər hallarda 0,85-0,90, çox nadir hallarda 1-1,04 n/m
3
olur. Neftin xüsusi çəkisi nə qədər az olsa
neft və neft məhsulları uçucu olur bu da onların istehsalı proseslərində tənəffüs yolları ilə
zəhərlənmə ehtimalını artırır. Neftdən ayrılan buxar və qazlar havadan ağır olduğuna görə
çökəkliklərdə, çuxurlarda, xəndəklərdə və s. toplanaraq, partlayış təhlükəsi yaradır. Uzunmüddətli
müayinələrlə müəyyən olunmuşdur ki,
doymuş karbohidrogenlər güclü narkotik təsirə
malikdirlər. Molekulunda karbon atomunun artması ilə onların suda və qanda həll olunması
azalır, nəticədə onların narkotik təsir gücü artmış olur.
Doymamış karbohidrogenlər nisbətən zəif narkotik təsirə malik olub, burada da karbon
atomunun miqdarı artdıqca narkotik təsir güclənir. Lakin onların suda həll olması əmsalı doymuş
karbohidrogenlərə nisbətən yüksəkdir. Doymamış karbohidrogenlər ağ ciyərlərdən orqanizmə
daxil olarkən özlərini doymuşlara nisbətən daha güclü narkotik kimi aparırlar. Onların ali nüma-
yəndələri qıcıqlandırıcı təsirə malikdirlər.
Doymuş siklik (naftenli) birləşmələr toksiki təsirinə görə doymuş parafinli
karbohidrogenlərə yaxındırlar, lakin onların narkotik effekti daha güclü olub, tetanik qıcolmalar
törədir.
Tsiklik doymamışlar, doymuş olefinli və naftenli karbohidrogenlərə nisbətən güclü toksiki
təsirə malikdir. Doymamış karbohidrogenlərdə ikiqat rabitə artdıqca, onların narkotik təsiri də
artır. Aromatik karbohidrogenlərlə xroniki zəhərlənmə xüsusi ağır nəticələrlə - mərkəzi sinir
sistemi, qan yaradıcı organlar, damar sistemi və daxili orqanların zədələnməsi ilə xarakterizə
olunur. Doymuş karbohidrogenlər orqanizmdə toplanmırlar, lakin ağciyərlərə, tənəffüs sisteminə
yüngül qıcıqlandırıcı təsir göstərirlər. Vegetativ sinir sistemi tərəfindən:
davamlı qırmızı
dermoqrafizm, müsbət göz-ürək refleksi, kəskin atropin sınağı, hipotenziv təsir kimi əlamətlərin
olması xarakterikdir.
Karbohidrogenlərin məhsullarının qarışığı neftin toksikliyini artırır. Karbohidrogenlərin
tərkibində digər qazların da orqanizmə daxil olma imkanı yaranır [
metan (40-75%), etan (10-
20%)]. Az kükürdlü ilkin neftin toksikliyi onun tərkibindəki uçucu karbohidrogen
franksiyalarından asılıdır.
Tərkibində aromatik karbohidrogenlər az olan neft özünün təsirinə görə benzola oxşar
zəhərlənmə törədir. Belə neftlə dəri təmasda olduqda dermatitlər, follikulitlər və ekzema inkişaf
edə bilər. Kükürdlü neft dərini zədələyə bilir ki, bu zaman qıcıqlanma, iltihabı proseslər,
qabarcıqların əmələ gəlməsi müşahidə edilir. Neft şırnağı müəyyən təzyiqlə dəriyə təsir edərsə, bu
zaman fleqmona, dərialtı toxumalarla birlikdə lipoqranulaların əmələ gəlməsi müşahidə edilə bilər.
İlkin doymamış neftin tərkibində heterosiklik birləşmələr 1,5-20%-qədər olduqda onlarda
kanserogen aktivlik müşahidə edilir.
Dostları ilə paylaş: