193
leksik, istərsə də qrammatik xüsusiyyətlərinə görə yazılı
ədəbi
dildən fərqlənir. Burada sözlər orfoepik normalara uyğun şəkildə
tələffüz olunur, cümlələr də quruluşuna görə yazılı ədəbi dildəki
ilə müqayisədə fərqlənir.
Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və
yığcamlığıdır. Məişət üslubunun canı dialoji nitqdir. Dialoji nitq
dedikdə iki nəfərin gündəlik həyatda üzləşdiyi zaman istifadə et-
diyi dil, üslub nəzərdə tutulur. Məişət üslubunun sərbəstliyi və
yığcamlığı dialoji nitqdə daha qabarıq şəkildə özünü göstərir.
Dialoji nitqdə intonasiya və jest-hərəkət mühüm rol oynayır, ya-
rımçıq cümlələr çox işlənir.
Bədii ədəbiyyatda da məişət üslubunun təsiri açıq-aşkar özü-
nü göstərir. Bir çox şair və yazıçılar (məsələn, M.Ə.Sabir,
C.Məmmədquluzadə və s.) əsərlərində məişət üslubundan – canlı
danışıq dilindən uğurla bəhrələnmişlər.
Məişət dili yazılı dildən fərqlənir. Yazılı dil əvəzinə ―ədəbi
dil‖
termini də işlənir, çünki o, bilavasitə yazıda təzahür edir.
Buna görə də yazılı dil ədəbi nitq forması sayılır. Məişət üslubu
isə yalnız şifahi şəkildə mövcuddur. Bu baxımdan
məişət üslubu
ədəbi dilə qarşı durmuş olur. Bununla belə, məişət üslubu nə loru
nitqdir, nə də məhəlli səciyyə daşıyır. Məişət dili dialektüstü nitq
formasıdır, yəni ədəbi dilin sərbəst və şifahi nümunəsidir.
Bədii, elmi və publisistik üslubun nümayəndələri şifahi nitq-
də məişət üslubundan istifadə edirlər. Deməli, müxtəlif üslubların
nümayəndələri ünsiyyətdə olduqda məhz bu üslubda birləşirlər.
Onu da yadda saxlamaq lazımdır ki, insanların yazılı və
şifahi nitqləri eyni olmur.
Qeyd: Loru dil yonulmamış, pinti danışıq şəklidir. Loru söz
(kobud əvəzinə köntöy), loru ifadə (məs: fürsəti əldən vermək
yerinə gönü suya vermək) anlayışları da var.
Məişət dili danışıq dilidir. Danışıq dilinin qarşılığı isə yazılı
dildir. Yazılı dil şifahi danışıq dilinin əsasında formalaşır. Yazılı
194
dil çox vaxt ədəbi dilin sinonimi kimi formalaşır.
Ədəbi dil üslublar sistemidir. Ədəbi dilin yaranması
üslub-
ların müəyyənləşməsi deməkdir.Ədəbi dilin üslubları danışıq
dilinin əsasında və danışıq normasından uzaqlaşma yolu ilə yara-
nır. Sonralar ədəbi dil öz yazılı üslubları ilə inkişafının yüksək
mərhələsinə çataraq xalqın dilinin, canlı
ünsiyyətinin təbiiliyin-
dən uzaqlaşır. Bu zaman ədəbi dil qəlibə, şablon dilə çevrilir. Be-
lə olduqda insanlar bir-biri ilə ünsiyyətdə təbii danışığa ehtiyac
hiss edirlər. Ədəbi dilin bu səviyyəyə çatması, həm də cəmiyyət-
də mədəni səviyyənin yüksəlişi, maarifin genişlənməsi ilə insan-
ların öz gündəlik ünsiyyətində məhəlli nitqdən, yerli şivəçilikdən
uzaqlaşma meyilləri yaratmış olur. Yəni bu zaman ədəbi norma-
tivli dil insanın gündəlik məişətinə bu və ya digər dərəcədə təsir
etmiş olur. Beləliklə, ədəbi dilin şifahi təzahürü – məişət üslubu
yaranır. İndiki halında məişət üslubu üslublar sisteminin müstəqil
subyektlərindən sayılır.
Dostları ilə paylaş: