220
Nəbi Xəzri,
"
ġuĢanın yolları
"
Hər yanda bir məclis qurulub gedir,
Buz kimi bulaqlar durulub gedir,
Dağların
döşüylə burulub gedir,
Gör necə qovuşur yollara yollar,
Siz nə gözəlsiniz, yollar, a yollar.
Dağın
ətəyinə qədəm qoyunca
Qarqar uğuldayır dərə boyunca,
Durub hüsnünüzə baxım doyunca
Baxım heyran-heyran
mən sizə, yollar,
Ilk dəfə gəlmişik üz-üzə, yollar!
Sərin bulaqlardan ellər su içmiş,
Dostunu düşməndən yaxşıca seçmiş,
Burdan
Vaqif ötmüş, Vidadi keçmiş,
Gərək ki, onları tanıya yollar,
Onların izləri hanı, a yollar?!
Sevirəm çeşməli, sulu dağları,
Vüqarlı dağları, ulu dağları,
Döysə də qar, yağış, dolu dağları,
Dolanıb aparır dağlara yollar,
Bağçalara yollar, bağlara yollar.
Dağların zirvəsi ağa bürünür,
Yaşıl qüzeylərdən
duman sürünür,
Qəlbimdən bu yerə yollar görünür,
Gör necə qovuşur yollara yollar,
Siz nə gözəlsiniz, yollar a yollar.