Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


  Müasir Azərbaycan dilində iĢlənən söz qrupları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə39/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   119
2015-332

 
75 
Müasir Azərbaycan dilində iĢlənən söz qrupları 
 
Dilin leksik tərkibini təşkil edən bütün vahidlər hər cəhətdən 
bir-birinə oxşamır. Dildəki hər bir leksik vahidin özünəməxsus xü-
susiyyətləri və üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər di-
lin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəy-
yən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Bundan başqa, 
dildə bəzi sözlərdən az, bəzi sözlərdən isə çox istifadə olunur və s. 
Bütün bu cəhətlər nəzərə alınaraq müasir Azərbaycan ədəbi 
dilinin leksikası, əsasən, aşağıdakı söz qruplarına bölünür: ümu-
mişlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, neologizmlər, ter-
minlər, dialektizmlər, loru sözlər, vulqar sözlər. 
ÜmumiĢlək sözlər 
 
Cəmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anla-
yışların adını bildirib dildə çox işlənən sözlərə ümumişlək sözlər 
deyilir. Bunlar hamı tərəfindən eyni dərəcədə və eyni mənada 
başa düşülür; Məsələn: 
Yenə də yamyaşıl geyinir dağlar,
Göz kimi durulur qaynar bulaqlar. 
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o göy çəməni,
Təbiət ilhama çağırır məni! 
Bu misralardakı sözlərin hamısı ümumişləkdir. Çünki bunlar 
və bu qəbildən olan digər sözlər Azərbaycan dilində danışanlar 
üçün eyni dərəcədə aydındır. 
Ümumişlək sözlər dilin leksik tərkibinin başlıca olaraq, əsas 
hissəsini təşkil edir və ən zəruri, həyati anlayışları əks etdirir. 
Belə sözlər maddi varlığa və eləcə də insan fəaliyyətinin bütün 


 
76 
sahələrinə aid olur; məsələn: 
a)ad bildirənlər: ata, ana, ev, ot, ət, yağ, bal, baş; 
b)əlamət və keyfiyyət bildirənlər: yaxşı, pis, ağ, qırmızı, acı, 
şirin; 
c)miqdar və kəmiyyət bildirənlər: beş, on, yüz, az, çox; 
d)hal və hərəkət bildirənlər: yatmaq, oxumaq, yemək, gəl-
mək, getmək. 
Ümumişlək sözlər dilin hər bir üslubunda, yəni bədii, elmi, 
ictimai, rəsmi üslublarında işlənə bilir və işləndiyi nitqdə fikrin 
bütün dərinliyi ilə sadə və təbii ifadə olunmasına imkan verir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin