78
dildə ya uzun illər fəal vahid kimi ömür sürür, ya da bəzi
səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilir.
Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə və xidmət
etdiyi
xalqın düşüncəsi ilə bağlı olur.Bütün bunlara əsasən də sözün
köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana çıxır.
Bəs köhnəlmiş sözlər necə müəyyən edilir? Bu qrup sözlərin
müəyyənləşdirilməsi üçün əsas meyar dilin müasir vəziyyətidir.
Köhnəlmiş hər bir söz dilin bugünkü vəziyyəti ilə yoxlanılır,
onun nə dərəcədə işlənib-işlənmədiyi aydınlaşdırılır.
Köhnəlmiş
söz müəyyənləşdirilərkən tarixilik prinsipi əsas götürülür. Yəni
hər bir fakta tarixilik cəhətdən yanaşılır; məsələn: XIX əsrdə
M.F.Axundov əsərlərində yüzbaşı, murov, yasavul və s. kimi
sözlər işlənilmişdir. Bu sözlər hazırkı dövr üçün köhnəlmişdir.
Lakin XIX əsrdə bunlar fəal istifadə olunan adi sözlər idi. Deməli
bu və ya başqa bir söz bir dövr üçün adi, digər dövr üçün arxaik
ola bilir.
Dildə köhnəlmiş sözlərin köhnəlmə dərəcəsi eyni olmur.
Belə ki, bəzi sözlər az, bəzi sözlər isə çox köhnəlir. Bu nöqteyi-
nəzərdən Azərbaycan dilindəki köhnəlmiş sözləri iki qismə
bölmək olar:
a)Ancaq müasir ədəbi dil üçün köhnəlmiş sözlər.
Bu qrup
sözlər vaxtı ilə ədəbi dildə də olub, hazırda ümumxalq Azər-
baycan dilinin yalnız dialekt
və şivələrində işlənir; məsələn:
Səndən neçə min can ayrı düşdü,
Tən ya çürüdü, ya sayru düşdü.
(Xətayi)
Can mey andırdı əhl mövbəyə məkrar gül
(M.Füzuli)
Ünümdən
titrədi tamam vilayət
Elə sandılar ki, qopdu qiyamət.
(M.P.Vaqif)
Bu misralardakı
sayru sözü
xəstə mənasında,
andırmaq sözü
79
yada salmaq, xatırlamaq mənasında dilimizin bir sıra dialekt və
şivələrində işlənməkdədir. Səs mənasında olan
ün sözü isə bəzi
dialekt və şivələrdə hələ də yaşayaraq
səs sözü ilə qoşalaşmış
şəkildə işlənir.
b)Ümumdil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə
dildə işlənib,
indi isə nə ədəbi dildə, nə danışıq dilində istifadə
olunmayan sözlərdir. Belə sözlərə əsasən qədim abidələrin di-
lində təsadüf olunur; məsələn:
Oğlun sağdır
əsəndir avdadır.(Kitabi Dədə Qorqud)
Bu misaldakı əsən sözü X-XI əsrlərdə salamat mənasında
işlənmiş,
indi isə demək olar ki, tamamilə köhnəlmişdir.
Dildə istər az, istərsə də çox dərəcədə köhnəlmiş olan hər
hansı bir söz bu və ya digər qohum dillərdə fəal söz kimi işlənə
bilir. Bunu başqa şəkildə desək qohum dillər üçün ortaqlı olan
sözlərin bir dildə köhnəlməsi həmin
sözün digər dillərdə də
köhnəlməsi üçün şərt ola bilmir və ola da bilməz.
Köhnəlmiş sözlərin hamısı eyni əlamətə malik olmayıb, bir
qrupu digərindən bu və ya başqa xüsusiyyətləri ilə fərqlənir. Bun-
lardan bəziləri ifadə etdikləri məfhumdan ayrılaraq, bəziləri isə
məfhumla bərabər köhnəlmişdir. Bu nöqteyi-nəzərdən Azərbay-
can dilindəki köhnəlmiş sözlər iki qrupa bölünür:
tarixizmlər və
arxaizmlər.
Dostları ilə paylaş: