99
Bədii əsərlərin dilinə hər cür vulqar sözü gətirmək olmur.
Çünki vulqarizmlər ehtiyatla işlənilmədikdə əsərin bədii keyfiy-
yətinə təsir edir, onu zəiflədir. Ədəbi janrlardan, xüsusən dra-
matik əsərlərin dilində vulqar sözlərin işlənilməsi müsbət hadisə
deyildir. Belə ki, dram əsərləri kütləvi tamaşa əsəri olduğundan,
hətta aktyorun ifadə edə bildiyi vulqar sözlər belə tamaşaçıya pis
təsir göstərir. Buna görə də dramaturqlar bu qrup sözlərə daha
ehtiyatla və daha məsuliyyətlə yanaşmalı olurlar.
Ümumiyyətlə, həddindən artıq şit və biədəb olan vulqar
sözlərin ədəbi dildə işlənilməsinə qətiyyən yol verilmir.
Müasir dövrdə xalqımızın mədəni səviyyəsinin sürətlə inkişaf
etdiyi bir zamanda yüksək nitq mədəniyyətinə nail olmaq üçün
nitqdə vulqar sözlərə qarşı ciddi mübarizə aparmaq lazımdır.
Dostları ilə paylaş: