115
RĠTORĠKA Ritorika və onun baĢqa elmlərlə əlaqəsi Çox vaxt ritorika (bəlağətlinitq) ilə nitq mədəniyyətini eyni-
ləşdirmişlər. Ritorika yunanca natiqlik haqqında elm deməkdir,
geniş mənada isə bədii nəsr – bədii oxuma sənəti mənasında
işlədilir. Qədim Yunan və Roma natiqləri S.Siseron, Kvantilian
ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması
(seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək
orta və aşağı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi;
yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.
Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Son-
ralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, məna-
sız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniy-
yəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə,
ritorikasız nitq mədəniyyəti ola bilməz.
Məlumdur ki, heç bir elm təkcə öz qanunları əsasında, təcrid
olunmuş şəkildə inkişaf edə bilməz. Bu
.
bütün təbiət və cəmiyyət
hadisələrinə aiddir. Hər bir fərd cəmiyyətin üzvü kimi yaşayır və
inkişaf edir. Cəmiyyətin başqa üzvləri ilə əlaqəsini itirmiş adam
sosial həyatın fəal üzvü ola bilməz. Beləliklə, cəmiyyət struktur
sistemindən çıxmış olar. Amma bu, o demək deyil ki, hər bir
adam bütün insanlarla əlaqədə və münasibətdə olmalıdır. İnsan
yalnız yaxın adamlarla təşkil olunmuş cəmiyyətin fəal üzvü olub,
cəmiyyətin bütün adamları ilə əlaqə və münasibət qura bilər. Elm də belədir. Hər bir elm öz obyekt və predmetini və sər-
hədlərini müəyyən etdikdən sonra başqa elmlərin elmi uğur-
larından istifadə etməklə daha da inkişaf edir. Burada da hər bir
elmin özünə yaxın – uyğun olan elmlərlə əlaqəsi daha möhkəm,
başqa elmlərlə əlaqəsi isə nisbətən zəif olur. Ritorika da huma-
nitar elm sahəsi olduğu üçün ilk öncə bu elmlərlə əlaqədardır:
116
1) Dilçilik; 2) Ədəbiyyat – Ədəbiyyatşünaslıq; 3) Üslubiyyat; 4)
Tarix; 3) Etika; Estetika; 7) Psixologiya; 8) Pedaqogika; 9)
Fiziologjya; 10) Məntiq və s.