Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


  Azərbaycan dili Azərbaycanda millətlərarası ünsiyyət  vasitəsidir.Bu mövzu ilə əlaqədar Gülhüseyn Hüseynoğlunun



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə76/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   119
2015-332

 
148 
Azərbaycan dili Azərbaycanda millətlərarası ünsiyyət 
vasitəsidir.Bu mövzu ilə əlaqədar Gülhüseyn Hüseynoğlunun 
―Azərbaycan dili‖ mənsur şeirinin öyrənilməsi olduqca zəruridir. 
Mövzu 4:Türk dilləri ailəsi 
İlk dövrlərdə dünya dilləri çox az sayda olub. Zaman keç-
dikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni 
dil formalaşmış və formalaşanlarında hər birindən sonralar yenə 
başqa dillər əmələ gəlmişdir.Bu gün dünyada 3500-dən çox dil 
var. Bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür. 
Bir kökdən törəyən dillər qohum dillər adlanır. Qohum dillərin 
hamısına dil ailəsi deyilir. Qədim ulu türk dili aşağıdakı şaxələrə 
ayrılır. Oğuz dili, Qıpçaq dili, Qarluq dili, Sibir dili, Çuvaş dili, 
Saxa(yakut dili)dili. 
Oğuz dilindən – Azərbaycan, Qaqauz, Türkmən və Türkiyə 
türkcəsi 
Qıpcaq dilindən – Qazax, Qırğız, Tatar, Başqırd, Qumuq, 
Qaraqalpaq və s. 
Qarluq dilindən – Özbək, Uyğur, salur və s. dillər meydana 
gəlmişdir. Bu bölünmə – şaxələnmə milli dillər yaranana qədər 
davam edir. Dil şaxələrinə dil qrupları da deyilir. 
Avropadan Sibirə və Çinə qədər uzanan ərazidə ana dili olaraq 
180 milyon insan tərəfindən, ikinci dil olaraq danışanlar da sayı-
larsa təxminən 250 milyon insan tərəfindən danışılan, 40 ayrı yazı 
dilinə bölünən, qədim tarixə malik olan bir dil – Türk dilləri vardır. 
Türk dilləri Altay dilləri ailəsinə aiddir. Ən çox danışılan Türk dili- 
Türkiyə Türkcəsidir. Daha sonra Azəricə, Özbəkcə, Uyğurca, 
Kazakca və Tatarca gəlir. Türk dilləri ailəsi kinetik əlamətlər 
əsasında təsnif edilən ən böyük dil ailələrindən biridir. Bu dil 
ailəsində 23-dən çox dil vardir. Bu dillər çox ətraflı tədqiq 
edilmişdir. Türk dilləri ailəsinə daxil olan dillərin xüsusiyyətləri bir 
çox dilçi alimləri maraqlandırmışdır. Türk dillərinin tədqiqi ilə həm 
rus və sovet dilçiləri, həm də xarici ölkə alimləri məşğul olmuşlar. 


 
149 
Başqa dil ailələrində olduğu kimi, türk dilləri ailəsinə daxil 
edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən 
çox yaxındır. Qohum dillərdəki belə yaxın və oxşar cəhətlər 
bunların bir ana dildən ayrılıb inkişaf etdiklərini göstərir. Türk 
dilləri ailəsinə daxil olan dillər bir-birinə yaxınlıq etibarilə başqa 
dil ailələrindən seçilir. Belə ki, bu ailəyə daxil olan dillər bir-
birindən çox az fərqlənir. Məsələn, Hind-Aropa dillərini götürək. 
Buraya həm rus, həm də erməni dili daxildir. Məlum olduğu üzrə 
bunlar arasındakı fərq çox böyükdür. Lakin türk dilləri ailəsinin 
ayrı-ayrı qruplarına daxil olan dillər müqayisə edildikdə çox fərq 
müşahidə olunmur. Məsələn: Dil sözünü götürək. Azərbaycan 
dilində bu söz ―dil‖, Özbək dilində ―til‖, Qazax dilində ―til‖, 
Tatar dilində ―dil‖ kimi işlənir. Türk dilləri ailəsi iki budağa və 
yarımbudağa bölünür: 
A.Türk dillərinin qədim hun budağı1.Bulqar dilləri qupu, 
2.Oğuz dilləri qrupu: a.Oğuz-Bulqar yarımqrupu, b.Oğuz-Türk-
mən yarımqrupu, c.Oğuz-Səlcuq yarımqrupu, 3.Qıpcaq dilləri 
qrupu:a.Qıpçaq-Poloves yarımqrupu, b.Qıpçaq-Bulqar yarımqru-
pu, c.Qıpçaq-Noqay yarımqrupu, 4.Qarluq dilləri qrupu:a.Qarluq-
Uyğur yarımqrupu, b.Qarluq-Xarəzm yarimqrupu, B. Türk 
dillərinin şərqi hun budağı 1.Uyğur-Oğuz dilləri qrupua.Uyğur-
Tukay yarımqrupu b.Yaqut yarımqrupu c.Xakos yarımqrupu, 
2.Qırğız-Qıpçaq dilləri qrupu 
Müasir dövrdə işlədilən türk dilləri, əsasən, aşağıdakılardır: 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin