151
danışır.Altay dili fundamental şəkildə əsasən Böyük Oktyabr
sosialist inqilablarından sonra öyrənilməyə başlanmışdır.Bu dil
ən çox Qırğız dilinə yaxındır.Hazırda Altay dilinin əlifbası rus
qrafikası əsasındadır.
3.BaĢqırd dili. Bu dildə Tatarıstan, Özbəkistan, Qazaxıstan,
Tacikistan respublikalarında, habelə ölkəmizin bir sıra
diyar və
vilayətlərində danışan başqırdlar mövcuddur.1969-cu il məluma-
tına görə, 1 milyon 300 minə yaxın adam bu dildə danışır.Bu dil
Tatar dilinə daha çox yaxındır.Başqırd əlifbası əvvəlcə ərəb, son-
ra latın, 1940-cı ildən isə kiril qrafikası əsasında meydana çıx-
mışdır.
4.Qaqauz dili. Ukrayna, Moldoviya, Orta Asiya və Qazaxıs-
tanda, habelə Bolqarıstan və Ruminiyada yaşayan qaqauzların
dilidir.Bu dil, əsasən,XIX əsrin ikinci yarısından etibarən
öyrənilməyə başlanmışdır. XIX
əsrdən Rusiyada yaşayan qa-
qauzların yazılı dili rus qrafikasında aparılır.
5.Qazax dili. Qazaxıstan, Orta Asiyada, habelə Çində, Mon-
qolustanda və Əfqanıstanda yaşayan qazaxların milli dilidir.Bu
dildə 6 milyondan çox əhali danışır.Qazax dilinin öyrənilmə
tarixi M.Qaşqarlının ―Divani-lüğətit-türk‖
əsərindən başlan-
mışdır.Qazax dilinin əlifbası əvvəlcə ərəb, 1929-cu ildən latın,
1940-cı ildən isə rus qrafikası əsasında aparılmışdır.
6.Qaraqalpaq dili. Özbəkistanda, Xarəzmdə,
Fərqanə vila-
yətlərində, Astraxan vilayətində, habelə Əfqanıstanda yaşayan qa-
raqalpaqların dilidir.Qaraqalpaq dilinin tədqiqi əsasən sovet haki-
miyyəti illərindən aparılmağa başlanmışdır.1969-cu ildəki si-
yahyalmanın məlumatına görə onların miqdarı 390
min nəfər-
dir.Qaraqalpaq dilinin əlifbası 1928-ci ilədək ərəb, 1940-cı ilədək
latın, 1940-cı ildən sonra isə rus qrafikası əsasında yaradılmışdır.
Dostları ilə paylaş: