Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


  d) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı  qüsurlar: Ona müvəffəqiyyət uğuru arzu edirəm



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə91/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   119
2015-332

 
179 
d) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı 
qüsurlar: Ona müvəffəqiyyət uğuru arzu edirəm. 
 
Mövzu 13: Dilimizdə özləĢmə meyilləri 
Dildə alınma sözlərin əvəzinə milli sözlərin işlədilmə meyli 
özləşmə meyli adlanır. Müasir Azərbaycan dilinin lüğət tərki-
bində 1960-cı illərdən başlayaraq özləşmə meyilləri müşahidə 
olunur. Bu meyillər həmişə özünü doğrultmasa da, ədəbi dili et-
nik yaddaşına qaytarıb başqa dillərin təsirinə məruz qalmaqdan 
bu və ya digər dərəcədə xilas edir. Özləşmə dedikdə hər cür söz 
yaradıcılığı başa düşülmür. Bu daha çox mövcud olan alınma 
sözlərin işlədilməsi əleyhinə yönələn və məhz həmin sözlər üçün 
qarşılıq tapmaq cəhdindən ibarət olan bir prosesdir. 
Özləşmə üç yolla gedir: 
1) Hər hansı bir söz ustasının qədim mənbələrdən, xalq di-
lindən söz götürməsi və ya mövcud oxşarlıq əsasında söz yarat-
ması yolu ilə; 
2) Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı ―söz partla-
yışı‖ yolu ilə; 
3) Türk dillərinin təsiri ilə. Azərbaycanda alınma sözlərin 
türkləşdirilməsi prosesi əvvəllər də olmuş və bu günə qədər 
işlətdiyimiz qurultay, bildiriş, görüntü, seçki, ildönümü və s. belə 
yaranmışdır. 
4) Son vaxtlar da həmin qayda ilə bir sıra leksik vahidlər 
meydana çıxmışdır: çimərlik, duracaq, saxlanc (maliyyə termini 
kimi), əyləc (tormoz), dönəm (mərhələ) və s. belə leksik vahidlər 
dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin 
sözlərin sinonimlik imkanlarını artırır. 
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən 
qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, 
ulu, dürlü, araşdırma və s. Belə sözlərə dirilən sözlər deyilir. 


 
180 
Mövzu 14.Orfoqrafik normalar
Orfoqrafiya yunan sözü olub orhos doğru, düzgün, qraphos 
yazıram deməkdir.Bu orfoqrafiyanın lüğəvi mənasıdır. Onun bir 
termin kimi mənası söz və qrammatik formaların vahid və sabit ya-
zı qaydalarının məcmusu, toplusu deməkdir: ―Orfoqrafiya – yazılı 
dil vahidlərinin yazılışını təmin edən qaydalar sistemidir‖. Milli 
dilimiz üçün cəmiyyət tərəfindən qəbul edilən orfoqrafik qaydalar 
xalqa, milyonlara xidmət edir. Bu qaydalar dövlət tərəfindən təsdiq 
olunur, onun tələblərinə əməl etmək hamı üçün vacib sayılır. 
Orfoqrafiyamızın təkmilləşdirilməsi istiqamətində aparılan 
dəyişikliklər, yeniliklər hər dəfə layihə şəklində respublikanın ali 
və orta məktəblərində, yazıçıların, mətbuat orqanlarının və digər 
əlaqədar təşkilatların yığıncaqlarında geniş bir şəkildə müzakirə 
olunmuş və orfoqrafiyada müəyyən dəyişikliklər aparılmışdır. Bu 
dəyişikliklərlə bağlı orfoqrafiya lüğətləri də hər dəfə yenidən 
tərtib olunaraq nəşr olunmuşdur. İlk orfoqrafiya lüğəti 1929-cu 
ildə (1925-ci ildə qəbul edilmiş orfoqrafiya qaydaları əsasında) 
nəşr edilmişdir.1939-cu ildə yeni əlifbaya keçməklə əlaqədar 
orfoqrafiya qaydalarında xeyli dəyişikliklər edilmiş, həmin 
dəyişikliklər 1940-cı ildə nəşr olunan orfoqrafiya lüğətində öz 
əksini tapmışdır. Bu lüğətə 21 mindən artıq söz daxil edilmişdir. 
1958-ci ildə qəbul olunmuş orfoqrafiya qaydaları əsasında 1960-
cı ildə növbəti lüğət (üçüncü lüğət) nəşr olunmuşdur. Lüğət 58 
minə qədər sözü əhatə edir. Bu lüğət dilimizin müasir leksikasını 
əks etdirə bilmək baxımından, təbii ki, köhnəlmişdir. 
Azərbaycan Respublikasının Prezidentinin 26 may 2004-cü 
il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
təsdiq etdiyi yeni orfoqrafiya qaydaları bu sahədəki ehtiyacı 
ödəmək baxımından olduqca önəmli rol oynadı. Hal-hazırda yeni 
orfoqrafiya qaydaları əsasında tərtib olunmuş orfoqrafiya lüğəti 
çapdan çıxmışdır. Latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya 
lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir. 


 
181 
Dildə, xüsusilə onun lüğət tərkibində otuz ilə yaxın müddət 
ərzində baş vermiş yeniliklər, dəyışikliklər yeni orfoqrafiya 
lüğətində öz əksini tapmışdır. 
Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas 
götürülür: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin