Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Müraciət etiketləri: yaşca böyüklərə “siz” deyə müraciət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə95/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   119
2015-332

Müraciət etiketləri: yaşca böyüklərə “siz” deyə müraciət 
edilir, görüşmə etiketləri, ayrılma, təbrik, alqışlar, xeyir-dualar, 
qarğışlar, bəd dualar, söyüşlər kimi etiketlər vardır. Etiketlərin 
növlərinə aid nümunələr deyildiyinə görə fərqləndirici halları da 
diqqət çəkir.Bu etiketlərdən yerli-yerində istifadə ünsiyyətin nor-
mal olmasına, effektliyinə, tərəflərin bir-birini düzgün anlama-
sına səmimi şərait yaradır.
 
Mövzu 18.Üslubiyyat 
Üslub – dil vasitələrindən məqsədyönlü istifadə olunur. Bu 
üsulları öyrənən dilçilik bölməsi üslubiyyat adlanır. Üslublar həm 
ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan özünü 
göstərir. Funksional üslublar bütövlükdə ədəbi dilin fonetik, lek-
sik, qrammatik normaları bütün funksional üslublar üçün məc-


 
185 
buridir. Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən bir görkəmli 
şair və yazıçıya aid olur. 
Mövzu 19:Azərbaycan ədəbi dilinin funksional üslubları: 
Ədəbi üslub. 
Azərbaycan ədəbi dilinin bədii, elmi, publisistik, məişət, rəs-
mi-işgüzar funksional üslubları vardır. Tarixi inkişaf prosesində 
müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqasından fərq-
ləndirir. Bu üslubların hər biri ədəbi dilimizin fonetik, leksik və 
qrammatik normasına tabe olur. Nitqin düzgünlüyü, dəqiqliyi və 
ifadəliliyi publisistik üslub və digər funksional üslublarla bağ-
lıdır. 
Bədii üslub – milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, 
emosional nitq formasıdır. Bədii üslub ədəbi dilimizin tarixində 
həmişə aparıcı olmuşdur. Funksional imkanlarının genişliyinə 
görə bədii üsluba ədəbi-bədii dil deyilir. Bədii üslubun ən vacib 
şərti və ümumi cəhəti obrazlılıqdır. Bədii üslubun obrazlılığı həm 
fonetik, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərir. 
Emosionallıq (ekspressivlik) ilk növbədə obrazlılıqdan ya-
ranır. Obrazlı nitq həm də emosional (ekspressiv) nitqdir. 
Fonetik səviyyədə bədii üslubun göstəriciləri alliterasiya, 
assonans, təkrar və intonasiyadır. Birinci üç göstərici nitqdə ritm 
yaradan əsas vasitələrdir. 
Alliterasiya eyni samit səslərin təkrarına deyilir. 
Məsələn: ―Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa 
yaxşılıq ər kişinin işidir‖. 
Atalar sözündə təkrar olunan yĢ samitləri nitqdə allite-
rasiya yaradır. Nəsiminin: ―Al ilə ala gözlərin aldadıb aldı kön-
lümü; Alinə bax nə al edər, kimsə irişməz alinə‖ beytində ilə l 
samitinin təkrarı alliterasiyadır. 
Assonans isə eyni saitlərin təkrarına deyilir. Məsələn: ―Aza-
cıq aşım, ağrımaz başım‖ atalar sözündə a və ı saitlərinin təkrarı 


 
186 
nitqdə assonans yaradır. Nəsiminin yuxarıdakı beytində də bu 
saitlərin təkrarı assonansdır.
Təkrar dedikdə isə ritmik (fonetik) təkrar nəzərdə tutulur. 
Məsələn: ―Ağa Kərəm, paşa Kərəm, xan Kərəm; Alış Kərəm, tu-
tuş Kərəm, yan Kərəm‖ misralarında Kərəm sözünün təkrarı 
xüsusi bir ritm yaradır. İntonasiya isə şeirin və ya cümlənin 
xüsusi intonasiya ilə oxunması deməkdir. 
Bədii üslubun leksik səviyyədə göstəriciləri: epitet, təĢbeh, 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin