Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Mövzu 20: Azərbaycan ədəbi dilinin funksional üslubları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə97/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   119
2015-332

Mövzu 20: Azərbaycan ədəbi dilinin funksional üslubları 
barədə 
 
Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı 
üslublar daxildir: bədii üslub, elmi üslub, publisistik üslub, məi-
şət üslubu, rəsmi-üşgüzar üslub. Bu üslubların hər birinin özünə-
məxsus xüsusiyyət ləri vardır. Tarixi inkişaf prosesində müəy-
yənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqa üslubdan fərq-
ləndirir. Məsələn, bədii üslub obrazlılığı, bədii ifadə vasitələrinin 
bolluğu ilə seçildiyi kimi, elmi üslubun da əsas səciyyəvi xüsu-
siyyəti terminlərdən istifadəyə üstünlük verilməsidir. Bu üslublar 


 
188 
bir-birindən nə qədər fərqlənsə də, onların hamısı ədəbi dilin 
üslublarıdır. Buna görə də bu üslubların hər biri ədəbi dilimizin 
fonetik, leksik və qrammatik normalarına tabe olur. 
Üslublarda həm diferensiasiya (ayrılma, ixtisaslaşma), həm 
də inteqrasiya (yaxınlaşma) prosesi gedir. Birinci halda ədəbi dil 
ixtisaslaşır (yəni üslublar bir-birindən fərqlənir, ayrılır), ikinci 
halda isə onlar hamı üçün anlaşıqlı olur. 
Bədii üslub – milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, 
emosional nitq formasıdır. Bədii üslub ədəbi dilimizin tarixində 
həmişə aparıcı olmuşdur. Funksional imkanlarının genişliyinə 
görə bədii üsluba ədəbi-bədii dil deyilir. Bədii üslubun ən vacib 
şərti və ümumi cəhəti obrazlılıqdır. Bədii üslubun obrazlılığı həm 
fonetik, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərir. 
Emosionallıq (ekspressivlik) ilk növbədə obrazlılıqdan ya-
ranır. Obrazlı nitq həm də emosional (ekspressiv) nitqdir. 
Fonetik səviyyədə bədii üslubun göstəriciləri alliterasiya, 
assonans, təkrar və intonasiyadır. Birinci üç göstərici nitqdə ritm 
yaradan əsas vasitələrdir. 
Alliterasiya eyni samit səslərin təkrarına deyilir. 
Məsələn: ―Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa 
yaxşılıq ər kişinin işidir‖. 
Atalar sözündə təkrar olunan y və ş samitləri nitqdə alli-
terasiya yaradır. Nəsiminin: ―Al ilə ala gözlərin aldadıb aldı 
könlümü; Alinə bax nə al edər, kimsə irişməz alinə‖ beytində ilə l 
samitinin təkrarı alliterasiyadır. 
Assonans isə eyni saitlərin təkrarına deyilir. Məsələn: ―Aza-
cıq aşım, ağrımaz başım‖ atalar sözündə a və ı saitlərinin təkrarı 
nitqdə assonans yaradır. Nəsiminin yuxarıdakı beytində də bu 
saitlərin təkrarı assonansdır.
Təkrar dedikdə isə ritmik (fonetik) təkrar nəzərdə tutulur. 
Məsələn: ―Ağa Kərəm, paşa Kərəm, xan Kərəm; Alış Kərəm, 
tutuş Kərəm, yan Kərəm‖ misralarında Kərəm sözünün təkrarı 


 
189 
xüsusi bir ritm yaradır. İntonasiya isə şeirin və ya cümlənin 
xüsusi intonasiya ilə oxunması deməkdir. 
Bədii üslubun leksik səviyyədə göstəriciləri: epitet, təşbeh, 
istiarə, mübaliğə, kinayə; frazeoloji birləşmələr, omonimlər, 
sinonimlər, antonimlər və s. 
Bədii üslubun qrammatik səviyyədə göstəriciləri: 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin