tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz E) Əmək fəaliyyəti prosesində işləyənlərin daimi və ya müvəqqəti olma yeri və bu yerin üzərində
döşəmə və ya meydança səviyyəsindən 1,7 m hündürlüklə məhdudlaşan fəza başa düşülür
Testin çətinlik dərəcəsi: asan
İ
stinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.228
110. Elektrik qurğuları ilə işləyən adamları elektrik cərəyanından zədələnmədən, elektrik qövsü və
elektromaqnit sahəsinin təsirindən qoruyan vasitələr necə adlanır?
A) Elektrik mühafizə vasitələri
B) Kollektiv mühafizə vasitələri
C) Fərdi mühafizə vasitələri
D) Xüsusi mühafizə vasitələri
E) Texniki mühafizə vasitələri
Testin çətinlik dərəcəsi: asan
İ
stinad: İstinad: N.Q.Quliyeva, İ.S İsgəndərov.Müasir tələblərə cavab verən əmək şəraitli iş
yerlərinin yaradılmasına mane olan amillərin və onların aradan qaldırılması yollarının
müəyyənləşdirilməsi. Bakı, 2015. Səh. 27
111. Aşağıdakılardan hansılar fərdi mühafizə vasitələrinə aiddirlər?
A) Qoruyucu kəmərlər, respiratorlar, qoruyucu torlar, çəpərlər
B) Səsboğanlar, çəpərləyici qurğular, təhlükəsizlik nişanları, qoruyucu torlar
C) Skafandrlar, respiratorlar, qoruyucu dəbilqələr, qoruyucu eynəklər
D) Respiratorlar, qoruyucu dəbilqələr, çəpərləyici qurğular, təhlükəsizlik nişanları
E) Qolçaqlar, qoruyucu dəbilqələr, qoruyucu eynəklər, qoruyucu torlar
Testin çətinlik dərəcəsi: asan
İ
stinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.330
112. İstehsalat prosesi (texnoloji) dəyişdikdə, müəssisədə, sexdə, sahədə, bədbəxt hadisə, baş
verdikdə işçilərə hansı növ təlimat keçirlər.
A) Vaxtaşırı təlimat
B) Giriş təlimatı
C) İlkin təlimat
D) Növbədənkənar təlimat