73
Gözlür yolun Rüqəyyə bacın yatma dur gedək
Qızlar tikib gözün yoluna nagiran oğul
Bir hacıyam Minada özümü itirmişəm
Görmür gözüm çağır məni Taha nişan oğul
Bir ayə başla, tut əlimi xeyməyə gedək
Gəlmir dizim ayağa duram bu zaman oğul
Abbas əmin gəlib bala, əmmən də burdadı
Dur başın üstə gör necə eylir fəğan oğul
Ali-Əba əbaya yığıb gül cənazəni Gəldi
əbada xeyməyə bir parça qan oğul
Leylanı gətirdilər balanın nəşi üstə
Oturdu ayaq tərəfdə səda etdi, can oğul
Dindir məni Əli, ananam yoxdu bir kəsim
Qəlbim sınıqdı yatma belə bir oyan oğul
Al yanına əbada məni barı bir yataq Salma
çölə bu dərbədəri bağrı qan oğul
Dostları ilə paylaş: