Beytul-əhzan naləsi


Həzrət Qasimin (ə) vidalaşması



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə24/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   20   21   22   23   24   25   26   27   ...   62
beytul-ahzan

Həzrət Qasimin (ə) vidalaşması
Öldü Əkbər, Qasimə aləm olub zindan əmu
İzn ver məndə olum ta azimi-meydan əmu


74
Şəhri-Yəsribdə verərdim Əkbər ilə əl-ələ
Xoş gəzərdik daimən biz yekzəban-yekdilə
Bu mürüvvətdən uzaqdır mən qalam Əkbər ölə Əbərin 
nəşi gələndən olmuşam giryan əmu
Olmaram rahat qucağında minadan gəlməsəm
Əkbərin yoldaşıyam imkanı yox dincəlməsəm
And ola Zəhraya, Leyladan utannam ölməsəm
Qoy gedim Əkbər kimi qana olum qəltan əmu
Çün babam öldü şərari-hicrə yandım ağladım
Boynu çiynində əmu daim dolandım ağladım
Məndə sayəndə həmişə daldalandım ağladım
Qəlbimi yandırdı daği-həsrətü-hicran əmu
Bağban oldun o gündən sən bu nagiran gülşənə
Vermişəm bu uzun müddət çox zəhmət sənə
Nazımı çəkdin evin abad, ata oldun mənə Heç 
məhəbbətdə sən qoymadın nöqsan əmu
Pərvəriş verdin mənə rəsmi vəfadən keçmədin
Verdin izzət əynimə zillət libasin biçmədin
Bu on ildə sən məni öz Əkbərindən seçmədin
Eylədin mərhuni-lütfü-rəhməti ehsan əmu
Ayrılıq bir od salıbdır odlanan əkbadimə
Bu odu xamuş elə, rəhm et dili-naşadimə
Öz babam vallah əmu elə düşübdür yadımə


75
Vəslinə nail elə, Qasim sənə qurban əmu
Hər kimin ölsə atası tez solar izzət gülü
Qəlbidən getməz yətimin heç zamanda nisgili
Nazımı çox çəkmisən yaddan babam çıxmır vəli Eyləyib 
belə müqərrər Xaliqi Mənnan əmu
Şairin ürək sözü və həzrət Əbəlfəzin (ə) 
əhvalatına işarə
Bəhri-möhnətdə qəmə qutəvərəm ya Zəhra
Kuyi-eşqində xoşam, dərbedərəm ya Zəhra
Bilmirəm öz adımı mən nə qoyum bu qapıda
Haşa lillah sənə nokər demərəm ya Zəhra
Tərki-övla elədi çıxdı behiştdən Adəm
Az qalırdı eləsin qəlbi vərəm ya Zəhra
Müxtəsər qəlbinə əyləşdi sənin hübbündan
Onu əfv etdi Xudavəndi kərəm ya Zəhra
Qəbrimin fikrini də eyləmişəm əvvəldən
Gecə-gündüz ora nəqşə çəkərəm ya Zəhra
Qəbrin əvvəl gecəsi hər nə soruşsa mələkin 
Onlar aldıqca xəbər mən deyərəm ya Zəhra


76
Həşr olan vəxtə şəfaətdə əgər naz edəsən
Kül olar başıma axər nə edərəm ya Zəhra
Sən nəzər eyləməsən baxmaz Hüseyn də üzümə
Bəs kimim var, hara onda gedərəm ya Zəhra
Ruhumun ülqəsi var naləyə, qara ələmə
Ney kimi naləni neylim sevərəm ya Zəhra
Müxtəsər gər mənə lütfün ola əşarindən
Hamı ədadi-səhihə dəyərəm ya Zəhra
Səni Abbas at üstən yıxılanda çağırıb
Onda ki, səsləndi xunin cigərəm ya Zəhra
Nə gözəl vəxtə gəlibsən ana qurbanın olum İzn 
versən ayağından öpərəm ya Zəhra
Kaş yüz yol yıxılam hər yıxılanda gələsən
Düşdüyüm yer ola ta rəşgi-irəm ya Zəhra
Sən dua eylə düşən qol yerinə vəsl olsun
İzn ver cəngə sonra gör nə edərəm ya Zəhra
Kimdi Səd oğlı dönüb xeymələrə çəp baxsın And 
ola haqqına nəslin kəsərəm ya Zəhra
Qoymaram bir nəfəri can qutara mərəkədən


77
Başların hərzə ələftək biçərəm ya Zəhra Neyləyim çarə 
nədir bağladı oğlun qolumu 
Gərnə yaxşı bilisən porhünərəm ya Zəhra
Şahzadəmdi Rüqəyyə mən onun əfsəriyəm Təkbətək 
qızlara şəxsən sipərəm ya Zəhra
Nigəranam balalardan odur çıxmır canım
Yoxsa axşamdan elə can besərəm ya Zəhra
Keçən axşamdan ana gözlərimi yummamışam
İndi ox yumdu birin didə tərəm ya Zəhra
İqtida eyləmişəm şahıma məndə orucam
Ayı gördüm vəli iftar edərəm ya Zəhra
Heyf ola ay tutulubdur, üzünün ləkkəsi var
Sındırıb bu orucu qan içərəm ya Zəhra
Üzdəki sili yerin dərdimi artırdı mənim
Əlim olsa başa topraq səpərəm ya Zəhra
Hər ölən rəsmidi üç fəsl təşəhhüd söylər
Hüsnü-iqbalıma çox müftəxərəm ya Zəhra
Sən təşəhhüd özüsən, mən də o babətdəndir
Hamısın bir eləyib səslənərəm ya Zəhra
Qəlbidə bir də xüsusi ana bir dərdim var


78
İzn versən sənə mən ərz edərəm ya Zəhra
O amannamə məni xeymədə çox sındırdı
Necə ruhiyyəmi pozdu demərəm ya Zəhra
Səs düşüb xeymələrə, mətləbi Zeynəb bildi 
Mən dedim yer açılar, gizlənərəm ya Zəhra
Məni ehzar elədi məhzərinə şahi-cahan
Ayrı bir söz buyurub miri-hərəm ya Zəhra
Şəh buyurdu mənə Abbas əgər getsən get
Qəlbimə gəldi ki, şayəd ögeyəm ya Zəhra

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin