Beytul-əhzan naləsi


Həzrət Əbəlfəzin (ə) əhvalatı



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə25/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   21   22   23   24   25   26   27   28   ...   62
beytul-ahzan

Həzrət Əbəlfəzin (ə) əhvalatı
Qələm Abbas adına başladı bu ünvanı
Lütfü ölsa yazaram öz qədərim imkanı
Ağam Abbasın uca qamətinə can qurban
Canını verdi vəli qoymadı tək cananı
Heydərin Babül-həvaic balası, şir oğlu
Kaşiful-kərbidi bu mülkü vəfa sultanı
Çox çətin müşkülüm olsa ətəyindən tutaram Səndə 
tut nazlı Rüqəyyə yapışan damanı
Nəfəsi el dayağıdı, özü ləşgər qabağı


79
Odu eylərdi dua Zeynəb o məh simanı
Hey deyərdi səni çox görməsin Allah bacına
Kimi var Zeynəbin ey gözlərinin qurbanı
Hər zaman bacısı istərdi öpə surətini
Müxtəsər qəddin əyərdi o şücaət kanı Çoxları Həmzəni 
vurmışla şücaətdə məsəl
Rəhmətullah ki, yari eylədi Tahani
O Rəsulullaha Həmzəydi əgər dəvadə
Bu Hüseyn Həmzəsidi canı-cəhanın canı
Kərbəlada ağamın hər əli bir Həmzəydi
Odu illər boyu dillərdə qalıb dastanı
Hər şücaət ki, yazıblar ağama bir tərəfə
Bu işi bir tərəfə, fikrinə sal cəryani
İndi bir möhnəti var ərz edirəm Yəbnəl-Həsən
Məni əfv eylə çətindir bilirəm ünvanı
Üç pər ox bir nigəran göz, nə sipər var, nə əli
Göz evindən necə xaric eləsin peykanı
Dizlərin qozadı tutdu oxu bir verdi təkan
Çıxmağı mükül idi parçalanıbdı alını


80
Nəql edillər Nəcəfə sarı dolandırdı üzün
Bir təvəssül elədi Heydərə, Səqqa ani
Babası etdi nəzər çəkdi oxu atdı yerə
Taqətin kəsdi vəli bu əməli şayani
Başda əmmaməsi bilməm var idi, ya yox idi
Hər nə idi baş açıldı mələdib huranı
Üç pər ox dəysə bu gözədən o birindən nə qalar
Mən işarəylə dedim səndə oxu mənanı
Uca qamət atın üstü görə bilmir gələni
Yetişən vurdu at üstə o yəli-heycanı
Bu qədər ərz edə billəm ki, fəqət səs eşidir Hər 
yana döndü vurublar o mələk simanı
Bilmirəm neyləmişdi çox acıqlıydı qoşun
Saldılar ortaya səqqayi-şəhi-xubani
Ox atanlar irəli gəldi yığışdı qabağa
Zeynəbin yıxdı evin tar elədi dünyani
O qədər yarə dəyib çıxdı bədən mizandan Dağılıbdır 
o keşidə bədənin ərkani
Yenə hər cür yaralansaydı gedərdi hərəmə
Görə bir də gözü yollarda qalan tiflanı


81
Qabağın ləşgər alanmazdı su aciz elədi
Əli çıxdı boşa sükna elədi meydanı
Yenə üzr istəyirəm Yəbnəl-Həsən bu sözümə
Bilirəm qəlbi-şərifindən alır yaranı
Bir açıq başın əmud ilə məgər nisbəti var
Necə mən şərh eleyim bu mühəni-üzmanı
Atın üstən onu toprağa əmud oldu yıxan
Bürüdü qırmızı qan mahi cəhan aranı
Biri düşsə uca yerdən ona əl lazımdı
Ki, yerə hayil edib görməyə çox eyzanı Olmadı əlləri 
dəydi üzü üstündə yerə
Vay əgər Ümmü-Bənin bilsə belə cəryanı
Gərçi atdan yerə düşdü vəli qurtulmadı iş
Ayrı bir dərdə düşüb Fatimənin mehmanı
Həlqeyi-bəndi-rikabə ayağı bənd oldu
Sürünüb topraqın üstündə rüxi-rəxşanı
Çox çətin vəxtə hər kəs çağırar öz kəsini Səslənər 
dadına vazehdi bu söz əvanı
O qədər Ali-Əlidən birini səsləmədi
Dil tuta-tutmaya səsləndi xanım Zəhranı


82
Atın üstən yıxılanda çağırıb ya Zəhra
Başı üstündə görüb Fatimeyi-üzranı
Xanımı gördü ürəkləndi bir az ağladılar Soradan 
ərzə verib möhnəti bipayanı
Dedi gəl yaxşı gəlibsən ana qurbanın olum
Əcəba yad elədin sən bu bəla gərdanı
Sevdiyim tək ana bu qövmilə cəng etməmişəm
Hər nədən başdı mənə çün ağamın fərmani
Sən dua eylə düşən qol bədənə vəsl olsun
İzn ver cəngə təmaşa elə dəştistanı
Kimdi Səd oğlı dönüb xeymələrə çəp baxsın And 
ola haqqına nəslin kəsərəm mən ani
Öz gözüm çıxdı yadımdan gözünü gördüm ana
Güya ki, vurdular birdən başıma dünyanı
Ölməsəm də məni bu qanlı gözün öldürəcək
Yanıram ruhuma əzbəski salıb tufanı
Üzdəki sili yerin dərdimi artırdı mənim
Necə vurmuşdu səni küçədə məlun sani
Elə bir vəxtə gəlibsən nə gözüm, var nə əlim
Acizəm neyləyə billəm daxi bu ədani


83
Müxtəsər bəzi sözü Ümmü-Bənin nəql eləyib
Açmamışdı vəli bu həddə kimi cəryani
Mən eşitdim küçədə bir Həsən imiş, bir özün
Bəs hayandaydı babam ol Əli İmrani
Suyu almışdım ana məşkimə bir ox dəydi
Mənə məşk ağladı, mən məkkə o dəm pünhani
Həsənin mərkəbin istərdi minə Maridi-şum
Qeyrətim çəkmədi görcək o nəcib heyvanı
Qoymaram Ali-Əlinin atını özgə minə Mən 
baxam düşmən, Qurana verə cövlanı
Maridi xar elədim sondan onu öldürdüm
Təllidə şah bəyənibdir rəvişi-davanı
Bu gecə nazlı Rüqəyyə məni çox ağlatdı
Küsmüş idi dilə tutdum o gülü-zibanı
Məni gözdən bu gecə qoymadı ta sübhə kimi
Hey gedib gəldi danışdırdı bəhri-ünvanı
Göz yaşın xeymədə sildim üzümə baxdı dedim
Getmərəm qorxma bala heç yerə Əkbər canı
Nigəran olma qızım get bu gecə rahat yat
Xeyr edə Allah özü kari-şəbi-fərdanı


84
Get Rübabın yanına, Əsğərə bir lay-lay de
Mən varam gəşt edirəm sübhə kimi səhranı
Bu gecə müştəriyəm Əsğərə lay-lay çalasan
Qonağındır bu gecə teşnə quzu qurbanı
Anacan lütf elə təşrifin apar xeymələrə
Ram elə bir-bir orada mələşən tiflanı
Əvəzimdə balalardan sən özün üzr istə
Teşnə ləb qızlarına ver sonra bu elanı
Denən Abbas əmizi gözləmiyin gəlmiyəcək
Su kənarında yıxıblar yaralı aslanı
İstəsən xeymələrə qollarımı şahid apar
Hamı görsün ki, salıblar nə hala Səqqanı
Olmasa zəhmət apar pərçəmi ver sahibinə
Verəcək Zeynəbə şayəd ələmi Quranı
Sadiqi ömrünə sərmayədi Beytül-əhzan Yayılıb 
gün kimi aləmlərə ad-sanı

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin