Həzrət Əbəlfəz (ə)
(Sinəzəni və cuşi)
Abbas idi xeymədə ellər dayağı
Abbas öldü Zeynəbin keçdi çırağı
Ellər dayağı, ləşgər qabağı
Ya Abbas, ya Abbas, ya Abbas, ya Abbas
Abbasa Zeynəb baxıb məsrur olardı
Sayəsində balalar daldalanardı
Əmniyyətdə bacılar xoş dolanardı
El dayağıdı, sel qabağıdı
Ya Abbas, ya Abbas, ya Abbas, ya Abbas
Ümmül-Bənin oğlu ta atdan yıxıldı
Əmniyyətdən uşaqlar yeksər çıxıldı
Vay Zeynəbin halına qəlbi sıxıldı
Göz yaşı axdı, qızlara baxdı
Ya Abbas, ya Abbas, ya Abbas, ya Abbas
Tiri-bəla heyf ola səbrin apardı
Bir ox gəldi Abbasın qəlbini yardı
Qara saçı Zeynəbin birdən ağardı
Dillər dağlandı, yollar bağlandı
Ya Abbas, ya Abbas, ya Abbas, ya Abbas
97
Gördü Hüseyn başını salmış aşağa
Yorğun gəlir alışıb nari-fərağa
Can qardaş dildə Zeynəb qaçdı qabağa
Səbrin qəm kəsir, dil-dodaq əsir
Ya Abbas, ya Abbas, ya Abbas, ya Abbas
Şəh söylədi eşqidə miqyasım öldü
El dayağı sahibi-ehsasım öldü
Elan elə qızlara Abbasım öldü
Nəhr üstə yatdı, məni ağlatdı
Ya Abbas, ya Abbas, ya Abbas, ya Abbas
Həzrət Əli Əsğərin (ə) əhvalatı
Ey bəşər uyma bu beş gündə fəna dünyayə
Həmdü-təsbih elə Zati Əhədi Yektayə
Ki, Hüseyn eşqini vermiş sən üçün sərmayə
Sahibi-xeyrü-ətayadı Xudavəndi kərim
Rəhmətə şamil edib bəndəsini Həyyi Qədim
Neçə min gəldi peyəmbər bu cəhanə ki, əyan
Əli və Fatimə, on bir balası nuri-geran
Təkbətək hammısına canımız olsun qurban
Hamısı gərçi mükərrəmdi vəfadə sözü var
Ruzi-məhşər onların da bu Hüseyndə gözü var
Dəmbedəm qəm yemə gərçi dilinə qəm yetişib
Ayıq ol müjdeyi-rəhmət bizə kəm-kəm yetişib
98
Başlanıbdır ağamın yası Məhərrəm yetişib
Dili-afaqı bəla tirləri böldü bu ay
Su kənarında Hüseyn teşnə cigər öldü bu ay
Ramazan gərçi təqərrübdə çox ecaz eləyir
Ramazana bu ayın bir güni min naz eləyir
On bir ay gözlərimiz on günü pişvaz eləyir
Yoxdu aylarda Məhərrəm ayının həmtası Ləylətül-qədridi
hər ləhzeyi-Aşurası
Gərçi mahi-Ramazanın mühəni digəri var
Sübh vəxtində qızıl qana batan Heydəri var
Ramazanın vəli harda südəmər Əsğəri var
Şəbi-Aşurada aramişi gözdən atdı
Yatmadı sübh açılınca anasın ağlatdı
Gülşəni-ömrünə badi qəm əsildi o gecə
Nə çəkib dilsiz uşaq Həqq özü bildi o gecə
Neçə yol sübhə kimin öldü-dirildi o gecə
Su uzaq düşdü o dilsiz baladan peyvəstə
Süd də getdi su yolu sübhü tapıb can üstə
Cami-zərrin fələk çıxdı baxır dövrü-bərə
Yayılıb hər yerə ta şahid ola xeyrü-şərə
Bala bir nəhvilə əlqissə çıxıbdır səhərə Balanı
bir dil ilə ta anadan aldı imam
Su verə şayəd o ətşan balaya qövmi-zülam
Dərdə bax dərdi-dilin rəiyyətinə şah aparır
99
Dağ çəkillər deyəsən dağlı dilə ah aparır
Güya gün alıb ağuşinə bir mah aparır Yetişib
firqeyi-naəhlə müqabil dayanıb
Elə bil cəddi, Əbu Cəhlə müqabil dayanıb
Deməliydi o ki, bir-bir dedi qövmi-küfrə
Demirəm mən su verin ta aparım xeymələrə
Bir içim Allaha xatir su verin südəmərə
Qoymayın əllərim üstə ürəyi odlansın
Kafidir isti havada dodağı islansın
Ayrılıb Hərmələ yanmış ürəyə od qalaya
Oxu rədd eylədi heç yanmadı dilsiz balaya
Bala bir silkələnib başı axdı dalıya
Belə bir faciəni yox biri məşruh yaza
O oxun üç pəri də gəldi dayandı boğaza
Rəsmidir xar əgər dəysə gülü tez yaralar
Bağıbanın qucağında o gül saralar
Üçpər ox südəmərə dəysə uşaqdan nə qalar
Mənə irad eləmə gər deyə bilsəm nə oldu
Mələkut əhli baxıb Əsğərə məbhut oldu
Tuli-tarixdə çox söz dolanıb Əsğərdən
Abiru çoxları əlhəqq qazanıb Əsğərdən
Ənbiya gördi boğazın utanıb Əsğərdən Şahidin
halını meydanda dolandırdı bala
Özü güldü vəli aləmləri yandırdı bala
100
Bilmirəm ox nə hala saldı o ətşan uşağı
Dili ağzında əsirdi quzu qurban sayağı
Bədən ölmüşdü dayanmırdı yenə dil-dodağı
Gülşəni-eşqi-Hüseyn gördü əcəb gülləndi
Əsğərin öpdü dodağın o zaman dilləndi Baği-Tahanın
oğul pərpər olan bir gülüsən
Şaxi-Tubanin Əli qanə batan bülbülüsən
Evin abad ola mən ağlayıram, sən gülüsən
Bilisən qəlbimi üç şöbəli ox yandırdı
Gülməyin ağlamağından məni çox yandırdı
Bala ölmüşdü kəənnəh yenə durmurdu qanı
Gecədən can besəridi hələ çıxmırdı canı
Qozadı əlləri üstə göyə sarı balanı
Dedi səbt eylə Xuda qəlbi kəbabın adına
Bunu yaz dəftərə qəlb dağlı Rübabın adına
Dəmbədəm busə vurur şah balanın üz gözünə
Busələr gördü ki, razı eləmir öz-özünə
Gördü qan keçməli bir qan deyil yaxdı üzünə
Gözvurum anidə birdən lala qan oldu Hüseyn
Balası əlləri üstə yarı can oldu Hüseyn
Ala bilməz nəfəsin kim kəsilə həncərəsi
Xırda seyyid bir için çaldı batıbdır nəfəsi
Şəh görübdi ki, qarışdı gözünün ağ-qarası
Şənə bax, izzətə bax, gör nə ucaltdı balanı
Özü qibleydi qucaqında uzatdı balanı
|