102
Bilən olmadı bu bazaridə heç qiymətini
Xibrə sərrafam
özüm sat mənə can xələtini
Basaram sinəmə cantək öpərəm surətini
Çəkərəm nazinı ey Fatimə mehmanı oğul
Ey kiçik sinnilə sərməşqi-bozorqani-cahan
Şəfəqin mənzərəsin qanı üfüqdə yaradan
Ağlama səbr elə ta gəlsin həqiqi qan alan
Alacaq Məhdi bu nahaq tökülən qanı oğul
Qutəvər əşgi
qəmü-möhnətə ol şahi-zəmən
Meydanın sağ-solunu gəzdi Hüseyn Əsğərilən Səslədi
qardaşı Abbasi görüb yoxdu gələn
Binəfəs şah qucaqında gəzir hər yanı oğul
Əsğərin tez-tez öpür qanlı ləbi-nuşindən
Balanın qanı süzür sinəsinə döşündən
Bir nəfər yoxdu
ala meyyiti ağuşundan
Gəzdirir ərsəgəhi qüssəli babanı oğul
Baxmır ləşgərin heç tənə ilə baxmağına
Qarşıb ağlamağı Hərmələnin gülməyinə
İyləyir Kəbə kimi sürtür özün qundağına Deyəsən
hacı öpür kəbeyi-cananı oğul
Gah
səslir bala vay, gah yarasın tez-tez öpür
Dolayıb sağ-solunu qundağına didəsi tər
Sol əlin hayil edib başa otursa üzülər
Ağladır ərsədə öz halına sultanı oğul