İmamın (ə) Zeynəbə (s.ə) xitabı
Gəl bacı məni gör nə pərişan edib Əsğər Başdan-ayağa
peykərimi qan edib Əsğər
Səpdim göyə qanın bir ovc dildə münacat
Bu qan da sənindir dedim ey Qaziyil-hacat Qaldı
bu nümayişdə aləmlər o zaman mat
Meydanda peyəmbərləri heyran edib Əsğər
Şeşmahə balam gərçi xədəngə hədəf oldu
Fikr etmə bu qan axdı və lakin tələf oldu
Bu qandı bizim şiəyə bacı şərəf oldu Çün
şiəmizi cənnətə mehman edib Əsğər
Yandırdı əgərçi məni bu Babül-həvaic
Təzmin elədi nehzətimi ta qala rayic
Aldım bir ovuc qandan əcəb yaxşı nətayic
Həqqaniyyətimi aləmə elan edib Əsğər
Oxlandı balam mən elədim Haqqə təvəkkül
İcad elədi məndə vəli ayrı təhəvvül
Etdim mən özüm Əsğərə meydanda təvəssül
Gördüm ki, böyük müşkülü asan edib Əsğər
Səpdim dəmi-məzlumi o dəm sahəti-Həyyə
Gərçi yanacaqdır bu müsibətdə Rüqəyyə
Bu qanilə nabud olacaq ali-Üməyyə
Nuhi-şühədadır bacı tufan edib Əsğər
104
Eşq atəşinə birdən alışdıq ikimiz də
Küsməmişdi balam, rəmzi danışdıq ikimiz də
Öpdüm dodağın, güldü barışdıq ikimiz də
Bax ləblərimə gör nə bacı qan edib Əsğər
Mən ağladım amma bacı Əsğər oxa güldü
Bu gülməyi yandırdı məni Haqq özü bildi Baxdı
üzümə gözləri həsrətlə süzüldü
Ruhu pər açıb aləmi geryan edib Əsğər
Zəhranı salıb yadıma bu qəlbi-şikəstə
Durmurdu qanı Fatimətək əllərim üstə
Meydanı dolandım qucağımda məni xəstə
Olmadı alan qəlbimi büryan edib Əsğər
Aldım su adıyla anasından məni-naşad
Etdi məni şərməndə və lakin bacı səyyad
Al Əsğəri sən, ver ona, söylə evin abad
Din üstə gözəl canını qurban edib Əsğər
Zərr aləmi
Zərr aləmi mütabiqi “qalu bəla” günü
Ovladi-Adəmə yazılan ibtila günü
Ərzə verib bəlanı Xuda ibtida günü
Kimdir aça bəla ələmin Kərbəla günü
105
Etdi əhatə maxələqi soti-Davəri
Bir səs ucaldı, tutdu o dəm bəhr ilən bəri
Kimdir ola bəlalara eşqimdə müştəri
Alsın, satım bəlanı ona ibtila günü
Şərti budur bəlaya ürəkdən bəli deyə
Malü-əyal, baş sözünü başdan eyləyə
Mən də quram cəzasına ərşimdə mərsiyə
Təyin edim yer üstə də hətta əza günü
Lazımdı alverdə axər və əvvəlin qoya
Eşq üstə barmağın üzüyün, həm əlin qoya
Bir qız verəm bu şərt ilə adın gəlin qoya
Damad ölə əzaya dönə toy həna günü
Ərvahə göstəriblər bəlanın nümunəsin
Ta Əsğərin görübdülər əl üstə ölməsin
Ərbabi iddia hamısı gizlədib səsin
Musa görüb deyil bu qəziyyə əsa günü
Gördü Xəlil nəqzi bu peyman olan deyil
Bir müşkül əmridir daxi asan olan deyil
Bu od bir oddu bir də gülüstan olan deyil
Bərdən Səlamidən sovuşub hakəza günü İsa görüb ki, iş
sovuşub vəzü-pəndidən
Meydanda od çıxır güya səmmi-səməndidən
At dırnağı sökür dağıdır bəndi bəndidən
Var ölmək ayəsi nə ki, şami-işa günü
106
Kala ağırdı qiyməti ağır bahal idi Asan
bir iş deyil satanı Zülcəlal idı
Səslər batıbdı bəs deyəsən hammı lal idi
İlla Hüseyn səslədi əynəl-bəla günü
Ta çıxdı müştəri şəh o qiymətli müsmənə
Aldı icazə ərz elədi Həyyi-zülmənə
Hər nə bəla mətayi-Xuda vardı sat mənə
Mən qaçmaram nə qədri ola rəncü-bəla günü
Vəchül-müsalihə bu işə kamilin verim
Hər zad Sənindi gərçi, vəli qabilin verim
Qimət bu cinsə Əkbərimin bir telin verim
Əlbaqisi mənim tələbim ta cəza günü
Mənşuri-namədə neçə məhparə yazdılar
Ad verdilər Rübab ilə gəhvarə yazdılar
Leylanı naqədə səri-bazarə yazdılar
Qarət yazıldı bir də qəmü-mübtəla günü
Mənşura ki, baxdı Hüseyn bəndi bəndinə
Qarət görəndə düşdü təfəkkür kəməndinə
Birdən nə gördü, Zeynəb əlin qoydu çiyninə
Yəni darıxma mən də varam Kərbəla günü
Ərvah ara düşübdü qərəz şurü-həlhələ
Ta ki, alan-satan ikisi verdi əl-ələ
Bir ya Əli deyiblər iş tapdı feysələ
Söz qaldı pərdəli gəlib əhdə vəfa günü
107
Gün qızardıbdı ərsəgəhi sübhidən şaxır
Bir seyyidi basıblar daşa, yandırır baxır
Gahi dönür o halda bir Əlqəmə baxır
Abbas hardasan bu müsibət fəza günü
Tək qaldı çün qitalda ol seyyidi kərim
Bir lövh nazil etdi ona Rəbbiyəl-əzim
Yazmışdı istəsən ölən ənsarı qaytarım
Gər meylin olsa əmr elə qaytar dala günü
Məşuq nazını gərək aşiq özü bölə
Sözdən söz aldı həzrəti aşiq gəlib dilə Min
yol əgər öləm diriləm etmərəm gilə
Çək imtahana aşiqini hər bəla günü
Ərz etmirəm ki, səbridə sərhəddi yıxmışam
Ağlar qoyub uşaqları sürətlə çıxmışam
Əfkarımı Rüqəyyə pozub çox darıxmışam
Ağlatdı xeymədə məni hücbü-həya günü
Öz halıma gərəkdi ki, şahid tutam Səni
Gül cismimə bu bəsdi sancıblar nizəni
Yorğun yıxılmışam bu qoşun daşlayır məni
Eşqində səhlidir mənə bu macəra günü
Bir lütf olubdu orda gərəkdir onu deyəm
Könlün alıb Xudası Hüseynin həmən o dəm
Səs gəldi qəm yemə mən özüm də hüseynçiyəm
108
Səbt eylədim bu sirri həmən aşina günü
Dostları ilə paylaş: |