İmam Hüseyn (ə) və namaz
Qələm Allah adıyla ibtidadə
Sözü başlayır və lakin sərquşadə
Hüseynin haqqı çoxdur boynumuzda
Nəmək pərvərdeyik xani-vilada
Mürüvvətdən deyil haqqın itirmək
Cavab olmaz buna yovmi-cəzada
Bir iddə bu sözü izhar edillər
Deyillər əksərən bəzmi-əzada
Hüseyn guya namaza oldu qurban
Verillər şərhü-bəsti-fövqəladə
Bu mətləb düz deyil şərən və əqlən
Bihəvlillah yazım bax istinada
Üsuli-din, fürui-din cüdadır
Gərək təfkik ola bu ibtidada
Əgərçi lazım və məlzum həmdir
Cüdadır cayiqahı iqtizada
Əgər bir kəs namaza münkər olsa
O kafərdir sözüm yox iddiada
109
Namaz ilə Hüseynin fərqi çoxdur
Buna diqqət buyur durma inada Fürui-dində vaqedir
namazın
Hüseyn cüzvi-usuli-dindi sadə
Necə qurban edirsən əsli fərə Buyur
biz də bilək ey şeyxzadə
Usuli-dində vaqedir imamət
Rücu eylə kitabi-etiqadə
Nəmazi-bivilayət dərdə dəyməz
Hüseyn isbat edib nuki-cidada
Hüseynsiz bir namazın xeyri olmaz
Namaz əhli çox idi Kərbəlada
Əgər dini ağac fərz eləyək biz
Usuli-dindi rişə bu fəzada
Ağac hər meyvə versə rişədəndir
Fürui-şaxü-bərg, meyvə dadə
O rişə olmasa oddur cəzası
Əzəl gün səbt olub lövhi-qəzada
Vurublar əslə bir vəslə həvəslə
Yazım ta söz qala ayəndə nəslə
110
Xudadan eylərəm mən istianət
Edəm ayrı cəhatə ta işarət
Öləndə tərk olmur şayəd namazın
Müsəlmansan yenə mömin be ayət Vilayət olmasa sən də
o ləhzə
Ölübsən çün zamani-cahiliyyət
Fürui-dində var üzrü müvəccəh
Üsuli-dində yoxdur üzrü-qəflət
Namazı sındırırsan gah-gahi
Müvəccəh olsa yox eybi nəhayət
Hüseyni heç zaman sındırmaq olmaz
Hüseyn tohidə münzəmdir beğayət
Buyurmuş həzrəti Baqir bu sirri
Ki, beşdir rüknü ərkani-dəyanət
Namazı, orucu, həcci buyurdu
Zəkatilə vilayət saydı həzrət
Dalinca etdi fərmayiş sərihən
Ki, dördündən də əfzəldir vilayət
Soruşdu illətin ravi, buyurdu:
Vilayətdir kilidi hər ibadət
111
Yenə ayrı dəlayil axtarırsan
Gedib Quranə bax eylə qəzavət
Xəlil öz oğlu İsmaili aya
Kimə qurban kəsirdi başəhamət
Namaza oğlunu etmirdi qurban
Kəsirdi Allaha qurban o saət
Sözüm yoxdur ki, çıxdı imtahandan
Qəbul etdi onlardan Rəbbul-izzət
Gedib bax ayədə ləfzi-əzimə
Təfəkkür eylə üstündə bediqqət
Xuda qurbanı İsmail olanmaz
Hüseyn istər bu iş etsin qiyamət
Hüseyn Allaha qurban oldu bişəkk
Fədəyna ayəsi eylər dəlalət
Hüseynin fərqi çoxdur bizlər ilə
Hüseyndəndir şərəfləndi ibadət
Hüseyn vasil behəqdir vəsli-dindir
Hüseyn ruhi füru və əsli dindir
Verib Allah özü rüchan Hüseynə
Qoyub minnət Həqqi mənnan Hüseynə
112
Müqəddəsdir füruati-şəriət
Olanmaz şənidə yeksan Hüseynə
Namaza, oruca qurban olum mən
Olar da hamısı qurban Hüseynə
Hüseynsiz namaz dinara dəyməz
Namaz ağlar özü ətşan Hüseynə
İki üzvün Peyəmbər çox öpərdi
Desəm ağlar balası qan Hüseynə
Biri qəlbiydi, bir də ləbləriydi
Öpüb söylərdi hey can can Hüseynə
Həmən qəlbi nə hala saldı peykan Qələm
yazma belə ünvan Hüseynə
O ox əyləşdi Əkbər dağı üstə
Çəkəndə ağladı peykan Hüseynə
Yaza bilsəm əgər ayrı qəmindən
Olar məclisdə bir tufan Hüseynə
Peyəmbər öpdü bir gün dişlərindən
Edibdir nalə və əfğan Hüseynə
Sual etdi bu işdən əhli-beyti Nədir
sirri eylə elan Hüseynə
113
Peyəmbər dinmədi tökdü sereşgin
Qalıbdır pərdəli cəryan Hüseynə
Keçib illər gəlib Kufə qabağa
Hələ qalmışdı söz pünhan Hüseynə
O sirri xeyzəran açdı həmən gün
Dəyəndə dəmbədəm ətşan Hüseynə
Neçə yol xeyzəran hey qalxıb-endi
Demə qaldı ləbü-dəndan Hüseynə
Rüqəyyə səslədi incitmə əl çək
Töküb göz yaşını tiflan Hüseynə Dedi Zeynəb ki, zalım
vurma vurma
Vurursan yara gör hardan Hüseynə
O ləblərdən Peyəmbər çox öpüdür
Öpüb tez-tez olub geryan Hüseynə
Hüseyn aləmdə hər dərdə dəvadı
Hüseyn fəthul-futuhi-ənbiyadı
Hüseyn cəmi-sifati ləm yəzəldi
Hüseyn əsrari-küllü manəzəldi
İbadətdə itaətdə Hüseyndir
Hüseyn həyyi əla xəyril-əməldi
114
Hüseyndir ismi-əzəm, ləfzü-məna
Hüseyn cəmi-füyuzati-məhəldi
Fəda olsun Hüseynə hər nəyim var
Hüseynin zəhri-üşşaqə əsəldi
Gözəllərdən xəbər alsan deyəllər
Gözəllərdən Hüseyn vallah gözlədi
Hüseyn tək beyti şeri Kərbəladı
Hüseyn çün aşiqanə bir qəzəldi
Hüseynə fitrətən aşiqdi aləm
Hüseynin eşqi çün beynəlmiləldi
Hüseynin mehri cənnətdir cinandır
Hüseynin qəhri duzəxi-filməsəldi Xəlayiq səf çəkib zərr
aləmində
Bəlanın şiddətindən göz qaraldı
Salıb başın hamı yeksər aşağa
Şəhadət var, əsarət var, cədəldi
Hüseyn birdən dedi ləbbeyk ya Rəbb
Üqul heyran olub yeksər gicəldi
Nida gəldi Hüseyn ləbbeykə sədəyk
Cəzakəllah ki, eşqin bixələldi
115
Hüseyn tənha deyil Zeynəb də vardır
Məhəbbətdə onlar zərbül-məsəldi
Odur ki, səs düşüb eşq aləmində
Bacı-qardaş bunlar başda oldu
Hüseyn beyət əlin verməz Yezidə
Əli, Allah əlidir bibədəldi
Gedib Musaya bax qorxur ölümdən
Hüseyn qaçmaz vəli, mərdi-əməldi
Əgərçi qamətin bükmüşdü Abbas
Əyildi qəddi ta Quran düzəldi
Hüseyn atdan düşəndə sağ üz üstə
Nə tənhə ənbiya, Zəhra da gəldi
Düşüb qodalə gördü nuri-eyni
Ucaldı asimana şurü-şini
Hüseynin məqtəli ümmül-quradı
Hüseyn adı gələn yer Kərbəladı
Anası Fatimə nurun əla nur
Atası kerdegarın xanəzadı
Yıxıldı sədri-zin üstən türabə
Dilində Rəbbəna, ya Rəbbənadı
116
İmamı qəsdi-qürbətlən vurullar
Şürəyhin hökmüdü, nəsli zinadı
Avamın dini hərracə qoyuldu Xəvssın
kisəsi por əz təladı
Onu hər kim köməksiz gördü vurdu
Əlində daşdı, xəncərdi, cidadı
Demillər bu yaralı bir nəfərdir
Baxır Zəhra buna Xeyrün-nisadı
Əbəlfəzlin su üstə öldürüblər
Sınıb meydanda quştək qol-qanadı
O dəmdə üstünə bir sayə düşdü
Görüb Cibril məşğuli-bükadı
Salam etdi dedi mən Cəbrəiləm
Sənə lay-lay deyən əbdi-vəfadı
Dedi şəh başımın üstə dayanma
Bura Yəsrib deyil, Kərbübəladı Əgərçi məhrəmi-Ali-
Əbasan
Sözün, rəmzin həmişə aşinadı
Vəli bu cilvəyə biganəsən sən
Sənə bu cilvələr naaşinadı
117
Hərimi hifz elə gəlmə qabağa
Yanar şəhpərlərin gəlsən xətadı
Nə lazımdır Hüseynə Rəbbi ərini
Bu qodal içrə bir mən, bir Xudadı
Uşaqlardan bilirsən nagəranam
O qızlar itrəti-Ali-Əbadı
Dayanma get xiyamə qorxuşullar
Rüqəyyəm nazpərvərdə baladı
Yananda xeymələr gözlə Rübabı
Ölübdür Əsğəri qəlbi yaradı
Gözü ətrafi hər ləhzə gəzirdi
Gedib Cibril, Şimrə müntəzirdi
Bu kimdir qanına qəltandı ya Rəbb
Vücudu sərbesər peykandı ya Rəbb
Düşüb qodala qan içrə Hüseyndir
Fərata göz tikib ətşandı ya Rəbb
O qədri nizələr qoymuşdu nöqtə
Kəənnəh peykəri Qurandı ya Rəbb Hüseyni yaralar saldı
nəfəsdən
Yıxılmış yerdə niməcandı ya Rəbb
118
Dönübdür hər yana vurdu cəmaət
Bədən başdan-ayağa qandı ya Rəbb
Deyir ravi gözüm təll üstə düşdü
Nə gördüm Zeynəb nalandı ya Rəbb
Çıxıbdır xeymədən əllər başında
Gözündə göz yaşı tufandı ya Rəbb
Aman ol vəxtidən Zeynəb yetişdi
Nə gördü, Şimr bivicdandı ya Rəbb
Hüseynin sinəsində, əldə xəncər
Demir bu teşnələb mehmandı ya Rəbb
Çıxıbdır çəkməli ərşi-Xudaya
Bu əndazə məgər asandı ya Rəbb
Xanım Şimrilə dərgir oldu nagəh
Məgər Abbas ölüb, böhrandı ya Rəbb
Çəkir Şimri sala Zeynəb aşağa
O istər zibh edə hər andı ya Rəbb
Yapışdı Şimri-şumun xəncərindən
Yalın xəncər əli doğrandı ya Rəbb
Olubdur keşməkeş Zeynəb yıxıldı
119
Deyillər bir belə cəryandı ya Rəbb Çuxur yer üç nəfər
cəngü-cidəlda
Biri qəşş eləyib çoxdandı ya Rəbb
Bədəndə yarələr düşdü fişarə
Gözün açdı görə hardandı ya Rəbb
Görübdür Zeynəbi qanə batıbdır
Hüseyn nimxiz olub durdu ya Rəbb
Dedi get xeyməgahə iş qutardı Denən
bu şəh sənə qurbandı ya Rəbb
Dostları ilə paylaş: |