Beytul-əhzan naləsi


Salam olsun sənə ya Əba Əbdillah (ə)



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə33/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   29   30   31   32   33   34   35   36   ...   62
beytul-ahzan

Salam olsun sənə ya Əba Əbdillah (ə)
Salam ola o çuxur yerdə xəstə can ağama
Salam ola bədəni oxlara nişan ağama
Salam ola beşiyin Cəbrəil tərpədənə
Həsirə çolqalanıb cismi dəfn olan ağama
Salam Şimrin əlində qalan yaralı başa O 
halda xeymələrə nagiran baxan ağama
Salam qətligaha xeymədən oruc gedənə
Salam ola orucun axşam açmayan ağama
Salam ola ağamın qorxuşan balalarına


120
Gecə o xeymə dalında tikan yolan ağama
Salam ola o yol üstündə əyləşən balaya
Xiyamü-təll arasında o ağlayan ağama
Salam ola o ələ, sariban əlində qalıb
Bir ömür duz-çörəyin sariban danan ağama
Salam o əllərə ki, Əkbərin telin daradı
Ərəbi kakuli qanə batan cavan ağama
Salam ola o ərusun daranmamış saçına
Gəlin qızın telinə qan həna yaxan ağama
Salam ola ala gözlü uca ələmdara
Uşaqlara öz əlilə su paylayan ağama
Salam sübh açılınca Rübabı ağladana
Balıq kimi susuzundan çalıxlayan ağama
İmam Hüseynin (ə) vidalaşması
O dəm ki, ayrılıq oxun qoyar kəmanə ayrılıq
Alovlanan ürəkləri edər nişanə ayrılıq
Elə bir oxdur hər dilə dəyə onu yarıb sökər
O qan olan ürəkləri iki bölüb qanın tökər
Ağac şükufədə necə bağa qara bulud çökər


121
Dolu düşər, gülü vurar, verər talanə ayrılıq
Solubdu gülüstani-din, vəfalı bağiban gedir Uşaqların 
üzün öpur, o yari-mehriban gedir
Ucadan ağlıyanmır Hüseyn ürəkdə qan gedir
Düçar edib o həzrəti qəmi-nihanə ayrılıq
Xülasə ayrılıq tozu o dəm qonubdu hər yana
İmam ilən görüşdülər uşaq-böyük danə-danə
Hamı o gündə bir yana, xanım Rübab bir yana Uzaqda 
göz yaşın tökür salıb fəğanə ayrılıq
Kənaridən kənizitək edir nəzarə sərvərin
Çağırdı şəh hüzuruna icazə verdi dilqəmin
Rübab öpdü ol zaman əbanın üstən əllərin
Əlində qanı görmüsən qalır nişanə ayrılıq
O qan desin nə qanidir, vəfa nişanıdır o qan
Rübabi bəxti qarənin qəmi-nihanıdır o qan Həman 
o şirixarənin boğazda qanıdır o qan
Bir az qabaq seşöbə ox qoyub kəmanə ayrılıq
Rübabı səsləyib Hüseyn o dəmdə səlbi-təvan edir
Xüsusi bir danışdırıb sözün ona xitab edir
Buyurdu Zeynəbə demə ətəş məni kabab edir
Özüm təkəm yorulmuşam gətirdi cana ayrılıq
Mənə Mədinədə hamı o dəm ki, ağlaşar ələn
Həya olanda manelər, daşanda qəlbidə mühən


122
Xüsusi ağla sən mənə, qıl Əsğəri bəhanə sən
Nəvaya ki, salar səni çox aşiqanə ayrılıq
Deyir qoşunda bir nəfər: yubandı gəlmədi imam 
Təhəmmül etmədi ədu, qoşunda olmadı davam
Dedim ki, fori mən gedib xiyamə sarı bir baxam
Görüm nə oldu illəti çəkər haçanə ayrılıq
Yetəndə səmti-təllə mən eşitdim ağlamaq səsin
Nə gördüm onda qız-gəlin tutub Hüseyn dövrəsin
Biri öpürdü əllərin, biri öpürdü çəkməsin Gələn 
deyil bu şərh ilən yenə bəyanə ayrılıq Hezarə 
misli teşnələr qonublar gül budağına
Biri su camını atıb, əlin qoyub dodağına
Birin alıb qucaqına, biri düşüb ayağına
Salıbdı dudi-ahidən yol asimanə ayrılıq
Bulud kimin dolub Hüseyn cahanı yandırıb yaxar
Sükut edib danışmır, gözaltı Zeynəbə baxar
Yanında qızların bilir danışsa ağlamaq tutar
Hələ sükutilə onu edir rəvanə ayrılıq

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin