Qətligah
Qurtardı sözlərin ki, Hüseyn gizlənib nəfəs
Vardır yeri gələydi səmadən bu nöyi səs
Qəm çəkmə ya Hüseyn bu gülüstan mənimkidi
Güllər mənimdi lalə və reyhan mənimkidi
Eşq aləmində yoxdu bizim fərqimiz Hüseyn
Dillərdəki məhəbbətin hər an mənimkidi
Çox baxma xeyməyə mən özüm də Hüseynçiyəm
Əxyamidə o heyəti tiflan mənikidi
Sənsiz nə cənnət, nə hidayət, nə xeyri əməl
Xeyrül-əməl səninkidi ehsan mənimkidi
155
Sənsiz namaz-ruzəni dinarə almaram
Höccət mənimdi həşridə, bürhan mənimkidi
Öyrətməsən Rüqəyyəni sinəndə yatmaqa
Axşam gələr dübarə, o nalan mənimkidi
Peyğəmbər öldü Fatiməni qoymadım qala Ağlardı
daimən o pərişan mənimkidi
Səndən sonra Rüqəyyəni də yubatmaram
Bir az zaman xərabədə mehman mənimkidi
Şənin kimi gərəkdi uca minbərin ola
Təbliğ elə ki məktəbi Quran mənimkidi
Qoymulla yerdə söhbətə çıx nizədə danış
Alçaq uca nə fərqi, hər yan mənimkidi
Quranı başla nizədə Zeynəb darıxmasın
Yandırma qəlbini dili suzan mənimkidi
Baş fikrini başından elə gəl hüzurimə
Aşiq nədir başı sərü-saman mənimkidi
Zatım bir idi hüzn, büka və məlalidən
Yoxsa əzalıyam sənə peyman mənimkidi
Yax qanını cəmalına qoy ərğəvan ola
Rəngi pəridə görməsin üdvan, mənimkidi
156
Qarət
Yetişdi əmri-qarət xeyməgahə ləşgər atlandı
Gülüstan paymal oldu qızıl güllər ayaqlandı
Necə həcmi müsibətdən qələm öz mətləbin almaz
Qoşun saysız, xiyəm mədud, bu nisbət qiyas olmaz
Qonağın öldürün, soyğunçular qırx min, çadır çox az
Hara doldu qoşun, əhli-işarə mətləbi qandı
Qoşun murü-mələxtək Zeynəbiyyə təllini aşdı
Tutub vəhşət uşaqları gəlib bir yerdə toplaşdı
Qaçan qaçdı əli başda qalan qızlar qucaqlaşdı Səmaya
va Əliyya ovc edib fəryad və əfğandı
Hərimi-nazidən Abbastək ta bir keşik getdi
Əduyə əmn olub Ali-Əlidən ev-eşik getdi
Səhər axşam Rüqəyyə tərpədən xırda beşik getdi
Rübabın əlləri başda bala vay səslənib yandı
Çıxıb seyrindən ulduzlar qoşun amalinə yetdi
Uzaqda gördülər Abbasi hər kəs bildiyin etdi
İraq Leyla gözündən Əkbərin əmmaməsi getdi
Dedi Zeynəb: ana gəl Kərbəlayə vəxti böhrandı
Ana ya Fatimə, zağü-zəqən gülşəndən əl çəkməz
Necə cənnətdə də dərdü-müsibət səndən əl çəkməz
Qapımız odlanan gündən ana od məndən əl çəkməz
O evimiz, bu xiyamim gəl özün bax gör nə talandı
157
Bu qarət möhnəti sahib zamanın qəlbini yandırdı
Nə yol vardır, nə can var qaçmaqa hər yer alovlandı
Qabaq düşmən, dalı atəş, vəsətdə xırda qızlardı
Açıldı qəmçilər beldən nəva əflakə qozandı
Təcəllayi vilayətdən xanım bir mənzərə qurdu
O doğranmış əlin qalxızdı ləşgər cabeca durdu
Özü Gülsümlə bahəm uşaqların qızılların aldı
Atıb dünya malın amma dünya sevənlər bir də tolandı
Əgər “mutu” desəm bir anidə vallah sizi qırram
Vəli dil vermişəm dildarimə səbr üstə mən durram
Ərusu vurmayın mən zaminəm dünyanı yandırram
Məni vursaz vurun, canim bəlaya vəqfi bir candı
Bəla da doysa Zeynəbdən, bəladən bu xanım doymaz
Yorulmuş cismidən qeyrət libasın soymayıb soymaz
Ərusi-Müctəbayə əl dəyə Zeynəb ölər qoymaz Belə
əmmə, belə bacı tapılmaz qeyri-imkandı
Deyər ravi nə gördüm mən bəladan dil dönüm orət
Yağır qeyrət vücudundan keşidə bir cism, orət
Girir bir xeyməyə tez-tez çıxır oddan həlim orət
Dedim kimdir Xudayə bu xanım hansı bir insandı
O san ki, asiman öz sinəsində gəzdirir mahi
Alıbdır sinəsi üstə nə gördüm Höccəti İlahi
Yaxından eylədim diqqət dedim Zeynəbdi vəllahi
158
Hələ məqtəldə ki, cəngü-cədəldən əlləri qandı
Əl açdı qarətə əda hərimi izzü-naz üstə
Namazı öldürüb üz qoydular rükni namaz üstə
Edərdi keşməkeş neçə nəfər bir canəmaz üstə
Hüseynin xeyməsi tarac olub zülmilə odlandı
Bu sözdə var yeri Sahib Zaman qan ağlasa hər an
İki xırda uşaq nəşi qalırdı xeymədə pünhan
Deyillər qorxudan ölmüşdülər olar söz ayrı ünvandı
Soruşdum əqlidən bir belə şair vardı İranda
Xüsusən Ərdəbil, Təbriz, Tehran və Zəncanda
Bular kimdir dedi sərmayəmizdir şerü-irfanda
Onlar üstadi məktəb, “Sadiqi” tifli-dəbistandı
Dostları ilə paylaş: |