159
Gəhi at nəli oldun sən Hüseynin sinəsin əzdin
Qarışdı bir-birə ləhmü-izami cabeca zəncir
Bu gün etdin kömək əşrarə sən Tahanı ağlatdın
Əcəbdir Kərbəladə Zeynəbi Səd oğluna satdın Uşaqlar
qol-qola bağlandı qanı əşgimə qatdın
Yaralı qəlbimə vurdun
dübarə çox yara zəncir
Bu qədri zülmüdə tüğyan edib əndazədən çıxma
Mənim Səccadımın boynun fişarilə belə sıxma
Balam naxoşdu rəhm eylə daxı səbrim evin yıxma
Baxanda ağlayır qızlar bu əhvalə bəsa zəncir
Uşaqlar xəstədir sən qəmçi yorğunların incitmə
Dünənnən yatmayıblar Fatimə qızların incitmə
Rüqəyyəm nazpərvərdədir onun qolların incitmə
Mənə çox tapşırıb nazlı qızın
miri-hüda zəncir
Olubsan dəstbənd noərusimə iftixarın var
O qız nisgilli bir qızdır qolun sıxma, nə karın var
Bu sən bu qollarım cübran elə hər nə fişarın var
Yenə səbr eylərəm yetsə nə qədri ibtila zəncir
Ağrıdır bu səfər incitmə Leylanı fişarından
Cavan oğlu ölübdür şərm elə Pərvərdigarından
Oğul dağı ona bəsdi utan öz kerdigarindan
Cidadə Əkbərin başından elə
sən həya zəncir
Məhəbbət riştəsiydin sən odur xürsəndi eşqimsən
160
Adın qeydi əsarətdir özün pabəndi eşqimsən
Dolaşdın
boynuma bildim ki, gərdənbəndi eşqimsən
Bizə fərq eyləməz zənciri ahən, ya təla zəncir
Sən ey zənciri-ahəndil bu nöyi kinədə durma Bu
qədri həlqə-həlqə səs verib Zəhranı yandırma
Qabaqda Kufə vardır Zeynəbi-məhzunu sındırma
Məni çoxları tanır orda varımdır
aşina zəncir
Gələr bir gün qabağa həlqə-həlqə mən səni qırram
Açıb Səccad boynundan Yezidin boynuna vurram
Mənə Zeynəb deyəllər mən tilsmi-zülmü sındırram
Nə Musayəm ola lazım əsa o əjdəha zəncir
Gələndə Kərbəlayə məhmili-zərtarilən gəldin
Hüseyn, Əkbər və Qasim gül gülzarilən gəldim
Əbəlfəzlim yanımdaydı
uzun qollarilən gəldim
Varım birdən yox oldu, aldı məndən Kərbəla zəncir
Dostları ilə paylaş: