Beytul-əhzan naləsi


Şamın xərabəsində Rüqəyyənin (ə) atası



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə48/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   44   45   46   47   48   49   50   51   ...   62
beytul-ahzan

Şamın xərabəsində Rüqəyyənin (ə) atası 
ilə dərdləşməsi
Gərçi təşrif mülukanə məhəbbətdir baba
Namünasibdir yerim əsbabi-xəcalətdir baba
Eşq bir otdur alışmaz hər dili-biganədə
Şəm yandı, şölə görsəndi pəri-pərvanədə
Qanlı başə bir təvəssül eylədi viranədə
Söylədi al canimi ömrüm kifayətdir baba
Can alıb, can verməyin gərçi özüm ustadiyəm
Evmizi tərk eləyəndən canilə dəvadiyəm
Əkbərin nəşi gələndən ölməyə amadiyəm
Al qutar bu can deyil, vallahi zəhmətdir baba
Bir günü viraniyə gəldi Yezidin doxtəri
Ali bir camə geyinmişdi, başında məcəri
Fəxr ilə çox söz danışdı göstərib simü-zəri
Fikri qıldı simü-zər əsbabi-izzətdir baba
Bax qolumda, gərdənimdə söylədi zibü-zərə


184
Qardaşın çəkdi gözümə, baxdı bir dövrü-bərə Mən 
dedim bir Əkbərim var, vermərəm aləmlərə
Şibhi-Taha məzhəri xətmü-risalətdir baba
Neyleyim tiri-şəmatət qəlbi bica dəlmədi
Səqfsiz viranədə bir an qızın dincəlmədi
Ağladım yazdım adın toprağə Əkbər gəlmədi
Yandıran axşam məni dərdi-şəmatətdir baba
Nasipasəm mən baba qədri-vüsalın bilməsəm
Kor olum gər zülfüm ilə məh cəmalın silməsəm
Bir yol aç qanlı gözün eşqim yalandı ölməsəm
Sən bilirsən Ali-Haşim kani qeyrətdir baba
Aç gözün amma baba bu qəlbi-zari dağlama
Məndən ötrü sil əşkin gül üzarə bağlama
Baxma sili rəddinə nili üzümdə ağlama
Qismətim Zəhra anamtək nili-surətdir baba
Şami-tari ömrümü döndərdi vəslin gündüzə
Qoymaram hicran əli bu rişteyi-vəsli üzə
Eşqimin muzdu bu olsun qoy mən ilə üz-üzə
Mən öpüm, sən söhbət eylə, dəm qənimətdir baba
Əmr edib Alullahə əvvəldə çün Allahi-eşq
Ta ola pirü-cəvan məsti fəna fillahi eşq
Mən də ölləm qəbrim olsun kuyi-danişqahi eşq
Çün ülul-əlbabə fikrim dərsi-ibrətdir baba


185
Mən deyərdim gülşəni-Zəhradə bir ziba güləm
Nazdanə bəxtur qız, sevimli, şirin diləm Nazımı 
indi çəkən yox bir çəmənsiz bülbüləm
Ruzigarə uff ola çox bimürüvvətdir baba
Cireyi-cəngi-əsirə rəsmidir təmin ola
Olmadı şamil bizə bağlandı qızlar qol-qola
Kərbəladən Şamədək biz ac-susuz düşdük yola
Maidə nazil olub gahən həqiqətdir baba
Sən həmişə sinən üstündə yatırdardın məni
Gör necə dövran dönübdür ey məhəbbət gülşəni
Almışam indi qucağə mən bu hal ilə səni
Kaş öləydim görmiyəydim bu nə halətdir baba
Bax mənə ta kokəbi-bəxtim vura susu gecə
Həm açıb, həm pər-pər olsun bu gülü xoşbu gecə
Qaldı Zəhratək az ömrümdən fəqət bir bu gecə
Aç gözün ətrafə bax gör nə qiyamətdir baba
Cilvəgərdir surətdində ayeyi “Allahu nur”
Kül alanmaz gün qabağın nur edir səndən zühur
Hüsnünə lətmə vuranmaz min elə künci-tənur
Gün sənin hüsni-rüxündan xırda ayətdir baba
Ram edər hər bir ata tiflin ucalsa şivəni
Bus edib nazın çəkər ta zayil eylər qüssəni
Sən baba yollarda da dindirmədin hətta məni
Al xəbər nisgillərimdən indi fürsətdir baba


186

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin