Beytul-əhzan naləsi


Şamın xərabəsində Rüqəyyənin (s.ə)



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə49/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   45   46   47   48   49   50   51   52   ...   62
beytul-ahzan

Şamın xərabəsində Rüqəyyənin (s.ə) 
atasına xitabı
(Sinəzəni)
Ləblərin görrəm yaradır ey şəhi-aləm yaralı
Yarənə qoy göz yaşımdan eyləyim mərhəm yaralı
Qəlbimin başın xədəng dərdilə hicrində yardın
Gözlərim yollarda qaldı səbrimi dildən apardın
Sən özün vermişdin adət hər gecə mənlən yatardın
Adətim çıxmır başımdan təng olub sinəm yaralı
Bir məzar içrə sənilə agəhəm Əkbər yatıbdır
Sinən olmuş gəhvarə nogülü pər-pər yatıbdır
Mən yatardım sınən üstə fərqi yox Əsğər yatıbdır
Neyləyim qismət beləymiş siz yatın bahəm yaralı
Qəlbimdə bir vəhşətim var xeymələr otda yanandan
Qorxuram Şimrin səsindən at qabağında qovandan
Yolda bir sili vurubdur naxoşam mən ol zamandan
Gözlərim qanilə doldu mən dedim ölləm yaralı
Sənsiz aləmdə baba mən bu fəna ömrü neynirdim
Sayə tək başın dalınca hər yerə yorğun gedirdim
Ta xəbər gəldi gəlirsən ölməyin məşqin edirdim Sən 
oxu Quran verim can, tut özün matəm yaralı


187
Qoymayıblar əhli-beytin ağlayıb yas saxlasınlar
İstirəm bir iş görəm mən qəlbi-zari dağlasınlar
Ölməyim olsun bəhanə ta sənə bir ağlasınlar
Səs-səsə versin hərəmlər ağlasın əmməm yaralı Arizu 
gülzari qoyma bu xərabə yerdə solsun Lütf eylə ta bu 
yətimin kaseyi-amali dolsun
Səbrimin əcri ləbindir qoy öpüm ta muzdum olsun
Həşrədək dillərdə qalsın ta mənim busəm yaralı
Qabizul-ərvahə əslən vermərəm can zarü-xəstə
Canımı lütfən özün al ey şəhənşahi-xücəstə Qəlbidən 
şadəm əgərçi halsızam mən dilşikəstə
Əfv elə gər məhzərində ağlayıb gülsəm yaralı
Var mənə cayi-məzəmmət qədrini gər bilməsəydim
Ləblərindən ləxtə qanı zülfüm ilə silməsəydim
Yoxdu imkanım görürsən ta sənə qurban kəsəydim Mən 
özüm qurbanın ollam dəmbedəm hərdəm yaralı
Şamidə qallam həmişə ağlaram bir məhcəbinə
Kərbəladən qorxuram mən orda dağlandı bu sinə
Əfv elə əmməm gələndə gəlməsəm mən Ərbəinə
Şamidə adın dilimdə vurmuşam pərçəm yaralı
Kaş Əkbər adıtək dodağında olardım Sən 
gedəndə rəzmigahə gül budağında olardım
Ox dəyəndə qəlbin üstə mən qucaqında olardım
Nəsb olardım sinənə ta həşrədək möhkəm yaralı


188
Kaş mən məzun olaydım qovmiləm cəngü-setizə
Əkbərimtək doğranaydım məhzərində rizə-rizə
Sancılardı gözlərimdən rəzmigəhdə tirü-nizə
Görməyəydim kül üzündə ey şəhi-aləm yaralı
İxtiyar etdim dili şəb mən də mərgi-ixtiyarı
Aşiqin dəhri-fənadə olmasa yarı, nə karı
Xeymədən sən ayrılandan eylirəm ləhzəşümarı
Sən bil Allah, getmə birdən qoy gedək bahəm yaralı
Əkbərə vardır bilirsən qəlbdə eşqi-fövqəladə
Sübhətək viransəradə əllərim qaldı duadə
Yalvarırdım gəlsin Əkbər gəlmədi ol şahzadə
Adını toprağa yazdım gözlərim pornəm yaralı
Mənzili viranə gəlsin olmadı bir zərrə meyli
Söylə məndən Əkbərimə ey gülü gülzari-Leyli
Gəlmədin viransərayə mən də can verdim gileyli
Səslədim hey Əkbər-Əkbər hər zaman hər dəm yaralı

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin