Beytul-əhzan naləsi


Şamdan çıxış və həzrət Zeynəbin (ə)



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə52/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   48   49   50   51   52   53   54   55   ...   62
beytul-ahzan

Şamdan çıxış və həzrət Zeynəbin (ə) 
Rüqəyyəyə (s.ə) növhəsi
Ey xərabə sən gülü-Tahanı basdın bağrına
Fəxr elə ki, xırdaca Zəhranı basdın bağrına


194
Ey xərabə, ey müqəddəs türbəti-kəhlul-bəsər
Xırdaca bir Kərbəlasən, kəbeyi-əhli-nəzər
Səndə bir ulduz batıbdır aftabə naz edər
Aftabi-məşriqi-imani basdın bağrına
İki mədfəndir gecəylə dəfn olub Ali-Şəfi
Hər bir aləm boyu ənduhü-qəm şəni-rəfi
Şiəni çox ağladır bir bu xərabə, bir Bəqi
Sən belə lölöyi-mərcanı basdın bağrına
Can kimi ağuşə aldın baxma yalquzdur bu qız
Asimani-eşqidə rəxşəndə ulduzdur bu qız
Nizə başində babasın ağladan qızdır bu qız
Xoş sənin iqbalına cananı basdın bağrına
Çəkdi az sinnilə dünyanin fişarü-cəbrini
Zeynəbin amma vurub tufanə dərya səbrini
Dırnağımla qazmışam mən bu yətimin qəbrini Yaxşı 
saxla bülbülü şeydani basdın bağrına
Var yeri səs gəlsə: əmmə, yarımın dildarısız
Məhrəmi-əsrari-həqqin məhrəmi-əsrarısız
Pozmayın çox halızı siz Ərbəin zəvvarısız
Tez görərsən mərqədi-babanı basdın bağrına
Az bu qəbrim üstə əmmə qəlbi-zari dağlayın
Səbrilə rahi-sereşgi gözlərizdə bağlayın
Siz doyunca ağlamağı Kərbəlayə saxlayın
Onda ki, xaki-şəhi-xubanı basdın bağrına


195
Kərbəladə get düşən şövqilə qəbri əthərə
Bir gilayə eylə məndən onda başsız peykərə
Şamidə qoydun məni tək yoldaş oldun Əkbərə Eybi 
yoxdur Əsğəri ətşanı basdın bağrına
Ərbəin
Aşiqin nə qədər olsa xoşdu ibtilası qardaş
Zeynəbin qutarmayandı başının bəlası qardaş
Cövhəri vücudi-aşiq dərdü-rənc, səbrü-qəmdir
Dözməyən bu imtahana iddiası kələdəmdir
Xaksar ola nigarə tazə əvvəlin qədəmdir
Şəmtək yanıb kül olmaq dərsi-ibtidası qardaş
Fəth qılmışam Hüseynim qülleyi-fərazi-eşqi
Almışam bu ləşgər ilə həft şəhri-nazi-eşqi
Nizədə səsin ki, gəldi başladım nəmazi-eşqi
Naqədə rükuya getdim qalmaya qəzası qardaş
Qəm sipahını hüzurən mümkün olsa san verərdim
Rəmzi-eşqi qəbrin üstə şərh edib bəyan verərdim 
Baxmasaydı xırda qızlar çiynimi nişan verərdim
Var hələ bu peykərimdə eşqinin yarası qardaş
Qoy deyim sənə Hüseynim öz əsəfli halətimdən
Əhli-beyti-Mustəfayə etdiyim kifalətimdən


196
Qızların qəza deyəndə ölmüşəm xəcalətimdən 
Şərmsari əhli-beytəm qəmlər aşinası qardaş 
Şirzən bacın qocaldı canidən daxi usandım
Ağlayanda xırda qızlar başına durub dolandım
İstədi yemək Rüqəyyə olmadı verəm, utandım
Qüssələr belə əritdi qaldı bir nəması qardaş
Şamidən cəlalı bərhəm, qollarımda yarə gəldim
Can verən zaman Rüqəyyən, ölmədim dübarə gəldim
Tozlu qəbrinə qızından naibuz-ziyarə gəldim
Qurtaran deyil bilirsən Zeynəbin vəfası qardaş
Olmasaydı bu vəzifə Zeynəbə əgər mühəvvəl
Qaytaram bu karivani qəbrin üstünə müəccəl Sən 
xərabəyə gələndə mən özüm ölərdim əvvəl
Xəstə canimə gələrdi gözlərin qadası qardaş
Mən deməm Hüseyn ki, zülmü- cövri-düşməni soruşma
Dastani-mərgi-bülbül vəzi-gülşəni soruşma
Hər kimi desən xəbər al, bir Rüqəyyəni soruşma
Öldü gəlmədiz əzayə xar olub əzası qardaş
Şamə rəhsipar olanda qaməti-xəmidə getdim
Cövrü-zülmü Ali-Hində yazmağa xəridə getdim
Xırda qızlar ilə bahəm məclisi-Yezidə getdim
Başını Rüqəyyə görcək ovc edib nəvası qardaş
Xeyzəran həvayə qalxdı, dizlərim əsib alışdım 
Haşimiyyəlik vüqarin hifz edib o dəm çalışdım


197
Aqibət elə qızışdım Mütrəza kimi danışdım
Əhli-məclisin ucaldı afərin sədası qardaş
Vardır illəti məzarın öpdükcə şövqə gəlləm
Axərin ziyarətimdir mən özüm bu sirri billəm
Bir də sonku Ərbəinin görmərəm yəqin ki, ölləm Zairəm 
məni danışdır sözlərin fədası qardaş
Zeynəbəm, sənə müridəm haqqın üstə canfişanəm
Kuyi-eşqinə bələdçi həmlədari-zairanəm Bax bu 
qanlı köynəyindir sinəm üstə qəhrəmanəm
Almışam, vəli nə almaq, çoxdur macərası qardaş
Nəhri-Əlqəm üstə bir ay ki, düşüb Hüseyn mühaqə
Vardı Zeynəbin o qolsuz sərsipahə çox əlaqə
Söylə gəlməyib Rüqəyyə, sən utanma çıx qabaqə
Dur bacın gəlib səfərdən ey gözüm ziyası qardaş
And ola o qanlı başə həmçu şəms-zühaha Başlara 
dalınca aytək “vəl-qəməri iza təlaha”
İstirəm qalam yanında “vəs-səmai və ma bənaha”
Al bu xəstə canı məndən Allahın rizası qardaş
Var yeri bu nisgil ey şəh əldən alsın ixtiyari
Seltək Rübab eylir göz yaşın üzarə cari
Hey sual edir bacından Əsğərin hanı məzari
Söylərəm alıbdı hətmən sinəyə atası qardaş
Çox becadı səs gəlirdi de Rübabı dilşikəstə


198
Olma nagəran balandan ağlama bu noyi xəstə
Nazilə yaralı Əsğər yuxulayıbdı sinəm üstə
Üç nəfər yatıbla bahəm xoş, ata balası qardaş
“Sadiqi” düz olsa aşiq çün kəbutəri hərəmdi
Şahidani qürbü-vəslə həmneşin və həmqədəmdi
Boşla bildiyin hər aşiq yandıqca möhtərəmdi
Sinəsində söz eşqi ruhunun qəzası qardaş

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin