Beytul-əhzan naləsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə53/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   49   50   51   52   53   54   55   56   ...   62
beytul-ahzan

Ərbəin müqəddiməsi
Dolandı bir gün Məcnuni diləfkar
Tapa Leyli məzarin didə xunbar
Zibəs axtardı dildə iştiyaqı
Yetib bir yerdə gördü bir uşaqı
Soruşdu tiflidən zarü-pərişan Ki, 
Leyli qəbrini aya tanırsan
Çəməndə nogülü eşqim solubdur
Bu səhradə nigarim dəfn olubdur
Məni gözdən nə müddətdir atıbdı
Nişan ver sevgilim harda yatıbdı
Dil açdı nagəh ol tifli-dilagəh
İtab etdi o sərgərdanə nagəh


199
Dedi sən ki, özün aşiq bilirsən
Livayi-eşqi-yari həml edirsən
Düz aşiqsən əbəs şivən salıbsan
Nədən bəs o ölübdür, sən qalıbsan
Belə məlum olur napoxtə gülsən
Danışma get hələ aşiq deyilsən
Verim qoy eşqidən ali nişanə
Dolan payi-bürəhnə yanə-yanə Yetişdin hər yerə bireybü-
hiylə
Götür toprağını ovcunda iylə
Məşamə buyi-eşqi gəlsə harda
Yəqin bil ki, məzari-Leyli orda
Bəli, eşqin rümuzatındə iş var
Məcazi aşiqə çox sərzəniş var
Sual et zər əyarin zərgərindən
Gedib dərs al Rübabın məhzərindən
Qələm ki, səbt edir bu şərhi-halı
Dedi bir şəxsi-fazil bu məqalı
Yetişdi karivan Kərbübəlayə
Xanımlar tazədən düşdü bəlayə


200
Səfər sovqatı üzdə qan-yaş oldu
Rübabın dərdi hər qəmdən baş oldu
Özün saldı yerə məhmildən endi
Oturdu toprağın üstə döşəndi
Tapıbdır dərdinə ümdə dəvanı
Götürdü iylədi xaki-şəfanı
Dilində vay oğul, göz yaşı dərya
Baxardı sağ-sola ağlardı güya
Deyərdi kaş gül məsəli solardım
O bağlı əllərə qurban olardım Görüb əhvalinı Zeynəb o 
saət
Rübabə söylədi ey kani-ismət
Nə illət var belə rəftar edirsən
Niyə toprağı hərdəm iyləyirsən
Edib nagəh Rübabın dərdi şiddət
Xanımdan çox ədəblə aldı rüxsət
Dedi əfv eylə sinə dağlasam mən
Hüzurunda ucadan ağlasam mən
Ürək başın yenə qəm tiri dəldi
Məşamə Əsğərimin ətri gəldi


201
Keçən nisgillərin yadıma sallam
Bu topraqdan balamın ətrin allam
Var illəti belə sinə dağlaram mən
O bağlı əllərinə ağlaram mən
Qərəz Zeynəb, o mahi-biqərinə
Qutardı Şami gəldi Ərbəinə
Hüseynin qəbri üstə yanə-yanə
Özün saldı dil açdı aşiqanə
Baxıb altı guşəyə yandı nəhadı
Dedi qəbrindi, ya ərşi-Xudadı
Demə bir ləhzə Zeynəb dincəlibdir Eşitdim 
qəbrinə Cabir gəlibdir Hamı zəvvaridə bir 
mənsəb olmaz
Bir aləm Cabir olsa Zeynəb olmaz
Sənə dildə Hüseyn gizlin sözüm var
Uzaqdan gəlmişəm ağlar gözüm var
Keçib dərdü-qəmim əndazələrdən
Sözüm çoxdur sənə dərvazələrdən
Yanıbdır dağlı qəlbim dərd əlində
Uşaqlar qaldılar namərd əlində


202
Özüm billəm ki, qəlbin nagərandı
Rüqəyyə söhbətin salma amandı
Yaralı qəlbimi böldü Rüqəyyə
Bacın qaldı Hüseyn, öldü Rüqəyyə
Bu axir gəlməyimdi indi billəm
Gələn il olmaram qəbrində ölləm
Əcəldən xəstə canə möhlət olmaz
Mənə bir də məzarın qismət olmaz

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin