Beytul-əhzan naləsi


Həzrət Süğranın (s.ə) növhəsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə60/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   54   55   56   57   58   59   60   61   62
beytul-ahzan

Həzrət Süğranın (s.ə) növhəsi
(Ustad Münzəvinin şerlərindən)
Əli, əlilə qızın ahinin əsər varıdı
Qaranlıq gecənin aqibət səhər varıdı
Nə vəxt idi anasızlıq yadıma düşməzdi
Yanımda çün bacılarımla əmmələr varidı
Gələndə yanıma sən qəm sorağə gəlməzdi Sənin 
vücudunla məndə qol-qanad varidı
Səsin gələndə həmişə işıqlanardı gözüm
Səsində fikr edirəm müjdə zəfər varidı
Qoyanda alnıma əl sübhədək təb etməzidim
Olardı xeyrə mübəddəl nə qədr şər varidı
Özün gedib məni etdin evimdə zindani Dedim 
Xuda aramızda məgər kədər varidı
Anam öləndən Əli tünd baxmayıb üzümə
Nə iltifat edir indi nə xoş nəzər varıdı
Nə fikr edir ki, aparmır məni qoyur evdə
Yəqin mərizlərin yolda dərdisər varıdı
Dedim ki, Leyliyə olsam kəniz, fəxr edərəm


232
Dedi mənim bacımın şəni-biştər varıdı
Düşərgələrdə dedim fərşini açıb yığaram
Dedi mənim kimi fərzəndi bahünər varıdı
Dedim gətirim onun ab dəstəmazın özüm
Dedi su olmasa gər gözdə əşgi-tər varıdı
Bu bir səfərdi ki, şayəd də gəlməyə su ələ
Gərək təyəmmüm ola çün suyun xətər varıdı
Dedim bəs onda vətəndə qoyun Rübab anamı
Aparmayın ki, qucağında südəmər varıdı
Uşaqlının nə işi var su olmayan yerdə
Susuzluğun hamıdan çox ona zərər varıdı
Dedi qalan sözü bacı babam gələndə soruş
Sənə dedim ürəyimdə mənim nələr varıdı
Bu karivanə celudaridir qəza və qədər
Kimin müahideyi-zərridən həzər varıdı Dedim ki, vay 
evimi bəs qəza-qədər yıxdı
Məgər qəza yıxan evdən kimin xəbər varıdı
Gözümü bağlama amma yerimi qibliyə sal
Baxım gedən yoluna ruhumun səfər varıdı
Sənə baxa-baxa can verməyin də ləzzəti var


233
Əqəlli hər baxışın həzzi-müxtəsər varıdı
Bu getməyin hamıdan çox məni zəlil etdi
Sənin adınla bacın şadü-bəxtəvər varıdı
Yəqin tutub bu fələk eşqimi bəhanə mənə
Odur bu qədri cəfa eylədi zəmanə mənə
Gecəni sübhə kimi yoldaşam sitarələrə
Baxam səmayə rəsədxanədir bu xanə mənə
Nə qədri axtarıram bəxtimin sitarəsini
İtirmişəm onu yoxdur verən nişanə mənə
Günüz darıxma gəlir əyləşənmirəm evdə
Odur ki, məskən olub poşti-astanə mənə
Sızıldaram o qədər şer olub sızıltılarım Adında 
qafiyədə fənni-şairanə mənə
O qədər ərzişi var bir gecə gəlib qulaq as
Fəraq gör nə gözəl öyrədib təranə mənə
Nə qədər cəddəm Əli zülfüm istəyir daraya
Yoxumdu hövsələ qəm öyrədir bəhanə mənə Nə qədər 
xahiş edir qoymuram hörə saçımı
Rəva bilibdi bu əhvalı çün zəmanə mənə
Ölüncə əhdim odur şanə vurmayam başıma


234
Əli Əkbər özü almayınca şanə mənə
Anam Bətultək ölsəm məni gecə götürün
Gecəylə qəbr qazıb qüsl edin şəbanə mənə
Qəribəm öz vətənimdə görən şəmatət edər
Nə yaxşı mədfən ola künci-səhni-xanə mənə
Qanadı bağlı quşam evdə sən gedən gündən
Evim qəfəsdi qəfəs küncü aşiyanə mənə
Yemək və şərbətimi etmişəm nə vəxti əvəz
Fəqət olubdu cigər ləxti-abü-danə mənə
Gecə-günüz oturub mən səni dua edərəm
Adın olubdu belə virdi-aşiqanə mənə
Varam bu halətilən əl duadə bayaramcan
Özün gəlib alasan bir zad eydanə mənə
Bir-birini çağırır qonşuda bacı-qardaş
Dəyir o səslər Əli misli taziyanə mənə
Gələndə kuçədə qasid sədası mən çıxıram
Görüb nə halda baxır xəlq yanə-yanə mənə
O zülfünü darasan bir də sübh vəxti dara
Səbadən ətrini elə özün rəvanə mənə Məziqiyyə salıram 
cismi hifzi-ruh edirəm


235
Qəzayi-ruhdu bu eşqi-bikəranə mənə
Əsayə təkyə edən vəxtə ya Əli deyirəm
Gərək şəfa verə bu virdi-cavdanə mənə

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin